Türk mətbəxindən fərqli bir dad - Şokoladlı paxlava

Tarix: 19.05.2024, 08:28 Пожаловаться


Vəsaitlər:
3 ədəd yumurta
3 yemək qaşığı qatıq
3 yemək qaşığı duru yağ
3 yemək qaşığı kakao
Aldığı qədər un
1 su stəkanı nişasta
1 su stəkanı kakao
250 qram marqarin
250 qram kərə yağı

İçi ücün:
300 qram iri doğranmış qoz
1 su stəkanı damla şokolad
Şərbəti üçün:
4 su stəkanı su, 4 su stəkanı şəkər tozu, yarım limon suyu

Hazırlanması:
Xəmiri hazırlamaq üçün, yumurta, qatıq, duru yağ və kakaoyu bir qaba qoyub qarışdırın. Üzərinə az-az un əlavə edərək yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Xəmiri yarım saat dinləndirin. Daha sonra xəmiri 15 kündəyə ayırın. 1 su stəkanı nişasta və 1 su stəkanı kakaoyu ələyin. Bu qarışıqdan səpərək hər kündəni soba listindən daha böyük açın. Listi yağlayın. Marqarin və kərə yağını əridin. Qoz və damla şokoladı qarışdırın. Açdığınız kündələrdən 3 dənəsini kənara ayırın. Qalan kündələri dördə bölün. Iki qat olaraq listə sərin. Üzərinə yağ gəzdirin. Dörd qatdan sonra şokoladlı qozlu ic səpin. Kəsdiyiniz kündələr bitənə qədər, hər iki qatda bir yağ gəzdirib, dörd qatdan bir də qozlu qarışıqdan səpin. Ən üstə bütün buraxdığınız üç ədəd xəmiri yerləşdirin. Qalan yağı üzərinə gəzdirin. Daha sonra paxlavanı arzunuza görə dilimləyin. 180 °C sobada üzəri qızarana qədər bişirin. Bu vaxt şərbəti üçün, su və şəkər tozu bir qazana töküb ocağa qoyun. Qaynamağa başladıqdan sonra limon suyunu əlavə edin. Bir-iki dəq qaynadıb ocaqdan alın və soyudun. Sobadan aldığınız isti paxlava üzərinə soyuq şərbəti tökün. Ve budur Şokoladlı paxlavanız hazırdır.

Nuş olsun!

Teq: paxlava

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Mətbəx (Kulinariya) Baxış Sayı: 1831 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı