Pide resepti

Tarix: 24.04.2024, 00:39 Пожаловаться


Xəmir üçün lazım olanlar :

ilıq süd - 2 stəkan
quru maya - 1 çay qaşığı
duru yağ - 0.5 stəkan
yumurta - 1 ədəd (üzəri üçün sarısı)
şəkər tozu - 1 xörək qaşığı
duz - 1/3 çay qaşığı
aldığı qədər un

İçlik üçün lazım olanlar :
ət - 300 qram
soğan - 1 ədəd
pomidor - 2 ədəd
aci bibər - 2 ədəd
duz
qara və qırmızı istiot

Üzəri üçün lazım olanlar :
yumurtanın sarısı - 1 ədəd
süd - 3 xörək qaşığı

Hazırlanma qaydası :
Dərin bir qabda südə maya əlavə edib qarışdırırıq

Digər xəmir üçün lazım olan ərzaqların hamısını yazılan ardıcıllıq ilə qarışdırırıq.
Yumurtanın sarısını üzərinə çəkmək üçün ayırırıq.

Hamısını qarışdırdıqdan sonra unu az-az əlavə edərək, çox bərk olmayan xəmir yoğururuq. Üstünü örtərək, 30-50 dəqiqə xəmirin gəlməsini gözləyirik.

Bu arada əti çəkirik.

Sürtgəcdən keçirilmiş pomidoru, xırda doğranmış bibərləri, duzu, istiotu ətin üzərinə əlavə edib qarışdırırıq.

Tavaya azca yağ qoyub, ətli qarışığı bişiririk.

Suyu çəkilən zaman götürmək lazımdır ki, ət qızarmasın, yarıbişmiş halda olması kifayətdir.

Artıq xəmirin həcmi lazımi qədər artıb.

Xəmiri kündələrə ayırırıq.

Kündəni açacağımız dəzgahı azca yağlayırıq.

Kündəni uzunsov formada yayırıq.

İçlikdən 1-2 qaşıq üzərinə qoyuruq.

1-ci forma: kənarlarını üzərinə qatlayıb, uclarını əlimizlə bərkidirik.

2-ci forma: kənarda qalan hissəni iki əlimizlə, ətli hissəyədək fırlayarıq, uclarını yenə əlimizlə möhkəm bərkidirik.

Yağlanmış listə düzürük.

Ayırdığımız yumurta sarısının üzərinə südü əlavə edib qarışdırırq.

Və qarışığı pidenin xəmir hissəsinə çəkirik, sobaya qoyaraq, 180 dərəcədə üzəri qızaranadək bişiririk.

Pidelər artıq hazırdır.

Nuş olsun!

Teq: pide

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Mətbəx (Kulinariya) Baxış Sayı: 1869 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı