Italyan pizzası - VİDEO

Tarix: 19.05.2024, 10:13 Пожаловаться

Pizzanı hazırlamağın müxtəlif növləri var. Əsl italyan pizzası nazik lavaşlı hesab olunur. Qalın lavaşlı pizza xoşlayırsınızsa, xəmirin ununu və mayasını çox vurun. Həmçinin lavaşın üzərinə nə qoyulmasından da çox şey asılıdır. Məsələn, klassik italyan pizzasına aşağıdakı "dəst”də ərzaqlar işlənir:
1. pendir, göbələk, bekon, qoz-fındıq
2. istiot, ət, zeytun
3. dəniz məhsulları və pendir
3. ət və ya bekon, tərəvəz

Vegetarianlar isə yalnız pomidor, pendir, zeytun və göyərtidən (əsasən, reyhan və ispanaq) istifadə edə bilərlər. İtalyan mətbəxində əsasən motsarella pendirindən istifadə olunur. Amma holland, yaxud digər pendirlər də yarayar.

İdealda nazik italyan pizzası palıd ağacının odunları ilə qızdırılan sobada 1-1,5 dəqiqəyə bişirilir. Bu zaman sobadakı temperatur 485 dərəcə Selsi olur. Ev şəraitində isə elektrik sobasında 250 dərəcə istidə 10 dəqiqə ərzində bişirilir.

Sizə çoxsaylı reseptlərdən birini təqdim edirik. Bir neçə başqa variantları isə videodan izləyə bilərsiniz.

Tərkibi:

xəmir:
1 st. su
2 st. un (çox və ya az da ola bilər)
25 q yaş maya (yaxud 7 q quru maya)
2 ç.q. şəkər tozu
1 ç.q. duz
3 x.q. zeytun yağı

sous:
5-6 pomidor
2 baş soğan
1 sarımsaq
şəkər tozu
duz

üstünə:
motsarella pendiri
2-3 pomidor
200 q göbələk (şampinyon)
ət (bişmiş), yaxud qovrulmuş toyuq əti, salyami kolbasası və s.

Mayanı ilıq suda həll edin. Unun ortasında çala düzəldin, duz, şəkər tozu, yağ, həll olunmuş maya əlavə edin, yoğurun. Hazır olanda xəmir ələ yapışmamalıdır. Sonra qaba qoyub ağzını dəsmal, yaxud qida plyonkası ilə örtün, gəlməsini gözləyin. Xəmir 3 dəfə böyüməlidir. Sonra bir dəfə də ətləyin. İki yerə bölüb kündə tutun. Dairəvi, yaxud dördkünc yayın. Peşəkar pizza ustaları oxlovdan istifadə etmir, xəmiri əlləri ilə yayırlar. Yağlanmış, yaxud perqament döşənib yağlanmış siniyə qoyun. Kündəni yağlanmış siniyə qoyub barmaqlarınızla da yaya bilərsiniz.

Xəmir gələnədək sous hazırlamaq olar. Bunun üçün pomidorun qabığını soyub, dənələrini artlayın. Soğanı və sarımsağı xırda doğrayın, qovurun, azca şəkər tozu və duz, xırda doğranmış pomidor əlavə edin. Ürəyiniz istəyən ədviyyat əlavə edə bilərsiniz (istiot, nanə, reyhan qurusu və s.)
Yaydığınız xəmirin üzərinə sous çəkin. İstəyə görə, bişmiş ət, toyuq əti tikələri, doğranmış göbələk, pomidor və pendiri lay-lay düzün.

250 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.

Nuş olsun!

Forbaku.net





Teq: Pizza

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Mətbəx (Kulinariya) Baxış Sayı: 1507 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı