Dondurma tortu

Tarix: 06.05.2024, 02:29 Пожаловаться

İçindəkilər:


4 yumurta
1 stəkan un
1 stəkan şəkər tozu
2 xörək qaşığı kakao
1 paket qabartma tozu
1 paket "krem-şanti"
1 stəkan süd
500 qram şokoladlı dondurma
1 çay qaşığı qəhvə (döyülməmiş)
1 stəkan isti su
Vanil

Hazırlanması:

Yumurtaları qırın, şəkər tozunu əlavə edərək çırpın. Ayrı bir qabda unu, qabartma tozu, kakao və vanili qarışdırın, yoğurun. Sonra qarışığı yuvarlaq qaba tökün, 170 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin. Sobanın temperaturunu 150 dərəcəyədək aşağı salıb sonadək bişirin.Bişmiş içliyi üç bərabər hissəyə ayırın, yuvarlaq tort çəmbərinə qoyun.Daha sonra krem üçün süd və "krem-şanti"ni qarışdırın, qabarana qədər çırpın, şokoladlı dondurmanı əlavə edib qarışdırın.
Qəhvə dənələri və şəkər tozunu isti su ilə qarışdırıb tort içliyinin üstünə sürtün, dondurmalı şantinin bir qismini əlavə edin və yayın.Tortun ikinci hissəsini ilk hissənin üzərinə qoyun, əvvəlki prosesi təkrarlayın. Sonda üçüncü hissəni qoyun, üzərinə krem-şantini sürtün, dənəvər şokolad və qəhvəni səpin, bəzəyin. Sonra alınmış tortu souyuducunun buzluğuna qoyun, sərtləşəndə çıxarın və süfrəyə verin.

Nuş olsun!

Forbaku.net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Mətbəx (Kulinariya) Baxış Sayı: 2451 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı