Dadlı reseptlər

Tarix: 06.05.2024, 10:57 Пожаловаться



Göbələk dolması



Lazım olan ərzaq:
10 ədəd iri göbələk, 60 qr (4 xörək qaşığı) yağ, 100 qr xırdalanmış qoyun pendiri, 1 dilim çörək (qabıqları təmizlənmiş və xırdalanmış), duz, istiot.

Hazırlanma qaydası:

Sobanın üst gözünü yandırın. Göbələkləri təmizləyin və saplaq hissələrini göbələkləri zədələmədən çıxarın. Yağı bir tavada əridin. Göbələkləri dəmir təbəqəyə yığın, duz və istiot vurub, üzərinə 2 xörək qaşığı əridilmiş yağ çəkin. Dəmir təbəqəni sobaya qoyun. Göbələkləri azacıq diri qalmaq şərti ilə bişirin. Eyni zamanda pendiri və xırdalanmış çörək içini qarışdırın. Yarıbişmiş göbələkləri sobadan götürüb içlərini doldurun və üzərinə qalan əridilmiş yağı tökün. Sobanı 200 dərəcəyə qədər qızdırın. Göbələkləri yenidən sobaya qoyun və üstü qızarana qədər bişirin. Süfrəyə isti-isti verin.


Kartof küftəsi


 

Kartofları qaynadıb, qabıqlarını soyun. Çəngəllə əzib, püre halına gətirin.


Tərkibi:

500 qram kartof;
250 qram ispanaq;
1 ədəd sürtgəcdən keçirilmiş soğan;
duz, qara istiot;
2 qaşıq ağ pendir;
2 qaşıq un;
1 ədəd yumurta.

Hazırlanması:

Kartofları qaynadıb, qabıqlarını soyun. Çəngəllə əzib, püre halına gətirin. Duz, qara istiot əlavə edib yoğurun. İspanağı soğanla pörtlədir, suyu qurtarana qədər bişirdikdən sonra ispanağı odun üzərindən götürün. İçinə pendir və qara istiot əlavə edib qarışdırın. Kartofdan qoz böyüklüyündə parçalar qoparıb, əllə açın. 1 qaşıq hazırladığınız qarışıqdan qoyub, kartofu küftə şəklinə salın. Hamısını bu şəkildə hazırladıqdan sonra əvvəlcə una, sonra da yumurtaya batırıb qızardın.



Əriştəli toyuq şorbası


 

Lazım olan ərzaq:
800 qr toyuq əti, 120 qr əriştə, 0,5 stəkan yağ (əridilmiş), 10 ədəd alça, 0,5 stəkan maş lobya, 1 baş soğan, 0,2 qr zəfəran, 40 qr şüyüd, istiot, duz.

Hazırlanma qaydası:

Maş lobyanı 6 saat soyuq suda isladın. Daha sonra 45-60 dəqiqə suda bişirin. Soğanı doğrayıb yağda qovurun. Toyuğu tikələrə bölüb suda bişirin. Bişmiş toyuq ətini suyundan çıxarın. Toyuq ətinin suyuna qovrulmuş soğan, bişmiş maş lobya, alça, əriştə və zəfəran şirəsi töküb, 10-15 dəqiqə bişirin. Süfrəyə verərkən boşqaba bişmiş toyuq tikəsi qoyub, üzərinə şorba tökün və xırda doğranmış şüyüd səpin.

ForBaku.Net

Teq: yemek

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Mətbəx (Kulinariya) Baxış Sayı: 1710 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı