Tanınmış türkiyəli aktyor Zəfər Ergini polis saxlayıb

Tarix: 20.05.2024, 13:41 Пожаловаться
Tanınmış türkiyəli aktyoru, "Arka sokaklar” serialında polis rəisi Rza – "Rza baba” rolunu canlandıran Zəfər Ergin vergidən yayınmağa görə günahlandırılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, polisdə ifadə verib.

"Bu gəlir bəyannamələri düzgün göstərilib. Həm də, saxtalığını bilərək yalan bəyannamələrdən istifadə etməmişəm”, - deyə Zəfər Ergin bütün ittihamları tədd edib.


İstanbulda məhkəməyə cavabdeh Zəfər Ergin və onun vəkilləri qatılıb. Məhkəmədə ifadə verən Ergin təqaüdə çıxmış teatr aktyoru və yaşlı vaxtında da aktyorluq sənətində qalan bir adam olduğunu bildirib. Əvvəllər bəzi kanallarda sənədli filmlər hazırladığını və bəzi verilişlərə quruluş verdiyini deyən aktyor göstərdiyi gəlir bəyannamələrini də burdan qazandığını deyib:

"Bu gəlirlər gerçəkdir, saxta deyil. Biz daha sonrakı müddətdə bu bəyannamələri təşkil edən firmaların düzgün işləmədiklərini eşidən kimi onlarla əməkdaşlığımızı dayandırdıq. Bununla əlaqədar olaraq vergi hesabatından xəbərdar olunca, vergi məhkəməsinə iddia açdıq. Mühasibimiz qanunun müəyyən müddasından istifadə etmədiyimizi bildirdikdən sonra, biz məcbur olub iddianı geri götürdük”.

Məhkəmə Zəfər Ergin haqqında işi araşdırmaq üçün eskperetlərə göndərib və məhkəmə ekspertizanın rəyi alınana qədər təxirə salınıb.


Qeyd edək ki, Zəfər Ergin vergidən yayınmağa görə təqsirləndirilir və əgər onun günahı sübuta yetirilərsə, Zəfər Ergini 3 ildən 5 ilə qədər həbs gözləyir.


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Məşhurlar Baxış Sayı: 920 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı