Mark Zukerberq bal ayında

Tarix: 09.05.2024, 14:04 Пожаловаться


Yeni ailə qurmuş "Facebook” sosial səbəkəsinin yaradıcısı və direktorlar şurasının rəhbəri Mark Zukerberq və həyat yoldaşı Prisçilla Çan fotoqrafların əlindən qaçsalar da, İtaliyada "yaxalanıblar”. Bal ayında Romanı səyahət edən cütlüklrərin çox da böyük olmayan "Nonna Betta” restoranında nahar etdikləri bəlli olub. Obyekt sahibinin sözlərinə görə, yeni evlənənlər restorana gələrək həvəslə boşqabları masaya düzürlər ki, bu da çox romantik görünür. İki nəfərin yeməyinin qiyməti isə cəmi 32 avro və ya 40 dollar təşkil edir.

Bu arada milyarderin həyat yoldaşının dostlarından biri bildirib ki, Çan İtaliya səyahətdən narazıdır. "Ərimi heç nə maraqlandırmır. O, saatlarla "BlackBerry”lə kimlərləsə danışır və mənə diqqət yetirmir. Çalışıram ki, başa düşüm, onun problemləri var. O da məyus edicidir ki, biznes məsələlərindən savayı Mark həmişə dostlarından da yan qaçır”, deyə Çanın narazı olduğu bildirilir.

Xatırladaq ki, Zukerber və Prisçillanın toyu mayın 19-da olub. Mərasim isə gurultulu keçməyib və tədbirdə təxminən 100 nəfər iştirak edib. Qonaqlar əvvəlcə elə biliblər ki, Çenin Kaliforniya Universitetini bitirməsi münasibətilə ziyafətə dəvət alıblar. Mərasimin keçirildiyi yerə yetişdikdə isə toya şahid olublar.

Qeyd edək ki, Harvardda tanış olan Zukerberq və Çen 9 ildir, bir yerdədirlər. Mayın 14-də "Facebook”un yaradıcısı 28 yaşını, həyat yoldaşı işə tibb fakültəsini bitirməyini qeyd ediblər.


Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Məşhurlar Baxış Sayı: 1030 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı