Yazan mələklər və bədən əzaları

Tarix: 19.05.2024, 22:22 Пожаловаться


Əməllərin mələklər tərəfindən yazılması və bədən üzvlərinin bu günahlara şahidliyi Qur`ani-Kərim ayələri ilə təsdiq olunmuş həqiqətdir:

"Sizin üstünüzdə gözətçi mələklər - yazan və hörmətli olan mələklər vardır.Onlar sizin nə etdiklərinizi bilirlər.”

"Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.(Fusillət-20)”

"Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.
(Nur-24)”

"Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.
(Yasin-65)”

"Dediyin hər sözü onun yanında durub gözləyən vardır.
(Qaf-18)”

"Məhz o gün yer öz hekayətini söyləyəcək.
(Zilzal-4)”

"...Allah, Onun peyğəmbəri və mö`minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.
(Tövbə-104)”

Əlbəttə ki, bütün bu deyilənlər kafirlərə və peşəkar günahkarlara aiddir. Çünki günahlardan tövbə edib iman gətirənlər rəhmət əhlidirlər və onların keçmiş günahlarını şahidlər xatırlamaz.

Həzrət Əli (ə) buyurur: "Tövbə edib, tövbəsi qəbul olunan kəsin əzalarına günahlarını örtmək əmr olunar. Torpağa buyurular ki, onun günahlarını gizləsin. Yazan mələklərin isə yazdıqları yadlarından çıxarılar.”

İmam Sadiq (ə) buyurur: "Allah xalis tövbə edən bəndəsinə məhəbbət göstərər, günahlarını dünya və axirətdə örtər. Mələklər yazdıqları günahları unudar və Qiyamətdə Allahla görüşdükləri vaxt heç bir günaha şahid dura bilməzlər.”

Teq: islam

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İslam Baxış Sayı: 1037 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı