Ramazana aid xoş kəlamlar

Tarix: 26.04.2024, 07:21 Пожаловаться


*Bir qadın Rəsulullah (s.ə.v)-a gələrək: Mən həcc etmək üçün hazırlıq etmişdim mənə (bi mane) ərz oldu nə edim?Əfəndimiz:Ramazanda ümrə et, çünki o ayda ümrə eynilə həcc kimidir" buyurdu (Əbu Davud, Həcc 79, Tirmizi, Həcc 95)

*Ramazanda orucunu tutub da Şəvvaldanda altı gün tutan kimsə bütün il oruc tutmuş kimidir.(R Salihin, 1259)

*Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar,cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular.

*Cənnətdəki gözəl köşklər, sözü xoş, salamı çox, yemək yedirən, oruca davam edən və gecə namazı qılan kəslərə verilər.(İbni Nəsr)

*Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu təala yetmiş il atəşdən uzaqlaşdırar.(Müslim)

*Oruc tutan, namaz qılan kimsə,mükafatını qiyamətdə ağlı qədər alar.(Hatib)

*Beş vaxt namaz, bir cümə namazı digər cümə namazına, bir Ramazan digər Ramazana həmişə kəffarədir.Böyük günah edilmədikcə aralarındakı günahları bağışladarlar.
(Müslim, Təharət 14, (223); Tirmizi, Salat 160, (214)

*Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır.(Müslim)

*Cənnətdə Rəyyan deyilən bir qapı vardır.Oradan yalnız oruclular girər oruclular girdiyində artıq bağlanar, kimsə ordan girə bilməz."(Tirmizi"nin rəvayətində bu çox var: "Ora daxil olan şəxs əbədi olaraq susamaz (Tirmizi, Savm 5)

*Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına, eni səma ilə ərz arasını tutan bir xəndək edər.(Tirmizi, Cihad 3, (1624)

*Bir kimsə həcc və ümrə etsə də eyni il içində ölsə cənnətə girər.Kim Ramazan orucunu tutsa sonra ölsə cənnətə girər(Ravi: Hz Əbu Səid)

*Ard arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır.(Əbu Nuaym)

*Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar.(Təbərani)


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İslam Baxış Sayı: 1853 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı