Peyğəmbərimizdən (s) beş əxlaqi tövsiyə

Tarix: 19.05.2024, 18:54 Пожаловаться




İmam Baqirdən (ə) nəql edirlər ki, Peyğəmbərimiz (s) buyurardı: "Beş şey vardır ki, ölənəcən onu tərk etmərəm: yun paltar geyinməyi, palansız uzunqulağa minməyi, qullarla yemək yeməyi, əllərimlə ayaqqabımı yamamağı və uşaqlara salam verməyi. Məndən sonra sünnət
olsun deyə”.
Yəhudi necə müsəlman olur
Həzrət İmam Musa ibni Cəfər (ə) atası Əmirəl-möminindən (ə) nəql edir: "Bir yəhudinin Peyğəmbərdən (s) alacağı var idi. Gəlib, Peyğəmbərdən (s) pulunu istədi və Peyğəmbər (s) buyurdu: "Pulunu verə bilmirəm". Yəhudi deyir: "Pulumu verməyincə səndən əl çəkməyəcəyəm".
Peyğəmbər (s) buyurur: "Bu zaman mən də sənin yanında oturacağam". Həzrət yəhudinin yanında əyləşir və zöhr, əsr, məğrib və işa namazlarını onun yanında qılır. Peyğəmbərin (s) səhabələri yəhudini qorxutmaq istədilər. Həzrət onlara baxıb buyurdu:" Onunla nə etmək
istəyirsiniz?" Dedilər: "Ya Rəsullah! Bir yəhudi səni necə öz yanında həbs edə bilər?" Buyurdu: "Allah məni dindar və ya dindar olmayan ümmətə zülm etməyim üçün məbus etməmişdir". Gün sona çatanda yəhudi şəhadətləri deyib, müsəlman oldu. O, dedi: "Sərvətimin bir hissəsini Allah yolunda bağışlayıram, ey Peyğəmbər! Allaha and olsun ki, sənə bu qədər əziyyət vermək istəmirdim. Ancaq bilmək istəyirdim ki, Tövratda yazılan həmin insansan, yoxsa yox? Mən Tövratda sənin haqqında oxumuşam: Muhəmməd ibni Abdullah, doğulduğu yer Məkkə, hicrət etdiyi yer Mədinədir. Kobud, əsəbi və qışqıran deyil, danışığında söyüş işlətməz. Mən Allahın təkliyinə və sənin nübuvvətinə şəhadət verirəm”.

Yoxsulla yemək yemək
İmam Sadiq (ə) atalarından nəql edir: "Peyğəmbərin (s) zamanında yoxsullar evləri olmadığına görə gecələri məsciddə qalardılar. Peyğəmbər (s) bir gecə məscidə gəlir və onlarla bir yerdə daş qabın içində iftar edir. Təxminən 30 nəfər həmin yeməkdən yeyirlər və qalan yeməyi də həyat yoldaşlarına qaytarır”.

Təvazökarlıq
İbni Abbas deyir: "Peyğəmbər (s) daima torpağın üzərində xalça sərilmədən oturardı. Torpağın üzərində yemək yeyir və qoyunları özü sağardı. Qulların dəvətini qəbul edib, onlarla arpa çörək yeyərdi”.
Həzrət İmam Musa ibni Cəfər (ə) Əmirəl-möminindən (ə) nəql edir: "Peyğəmbəri-Əkrəm (s) daima yaxşılıq və ehsan edirdi. Ancaq insanlar yaxşılığına görə təşəkkür etmirdilər. O, qureyşə, ərəb və əcəmə çox yaxşılıq etmişdi. Biz Əhli-beyt (ə) də çox ehsan edən və yaxşı işlər görənik. Bizim də yaxşılığımızın qədrini bilmirlər. Seçilmiş möminlər də bizim kimidir”.

Forbaku.net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İslam Baxış Sayı: 862 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı