Mövlanadan sözlər

Tarix: 19.05.2024, 20:30 Пожаловаться


Çətinlik və narahatlıq mütləq bir günahın cəzası, dinclik isə bir ibadətin qarşılığıdır.

· Üzərində bir çox meyvələr olan bir budağı, meyvələr aşağı doğru çəkər. Meyvəsiz bir budağın ucu isə, sərv ağacı kimi havada olar.

· Birlik bizim yanımıza gəlir. Susacaq olsaq, inciyərlər. Bir şey söyləyəcək olsaq, onlara görə söyləmək lazım gəldiyindən o zaman da biz inciyərik

· Ümid, təhlükəsizlik yolunun başıdır.

· Quş səslərini öyrənən kimsə, quş olmadığı kimi eyni zamanda quşların düşməni və ovçusudur.

· Dərd, insana yol göstərər.

· İman, namazdan daha yaxşıdır. Çünki namaz beş vaxtda, iman isə hər vaxt fərzdir.

· İki canlı quşu bir-birinə bağlasansa, dörd qanadlı olduqları halda uça bilməzlər, çünki ikilik mövcuddur.

· Küçə itinə istər qızıl, istər yundan boyunduruq tax, yenə küçə iti olmaqdan xilas ola bilməz.

· Cübbə və sarıq ilə alimlik olmaz. Alimlik, insanın şəxsində olan bir hünərdir.

· Deyilmi ki könül mətbəxində yeməklər qab qab, yaxşı nə deyə alçaq kəslərin mətbəxinə kasa tutacaqmışım?

· Hansı toxum yerə əkildi də bitmədi, nə deyə insan toxumunda belə bir şübhəyə düşürsən?

· Testi daşdan qorxar amma o daş bulaq oldumu, testilər hər an ona gəlməyə can təyin edər.

· Sus artıq yetər! Sirr pərdələrini çox o qədər cırma. Çünki bizə, qırıqları qucaqlayıb təmir etmək, sirləri örtmək yaraşar.

Teq: sozler

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İslam Baxış Sayı: 853 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı