Dua

Tarix: 19.05.2024, 16:07 Пожаловаться

İnsan-Allah münasibətinin zəifləməsi
və ya qırılması səbəbindəndir ki, Quran i Kərimdə
ALLAHa yalvarmaq əmr edilmiş və ən pis şərtlərdə
belə onun köməyinin axtarılması və umulması istənmişdir.
Səsi zəiflədərək sözü yüksəltməktir dua.
Kəlamdır, duyuş və hiss edişdir.
Qüvvət və qüdrət qarşısında acizliyin sınanmasıdır.
Bəzən isə Allahın adını xatırlamaq üçün yalvarışdır.
Amma nə olursa olsun, göz yaşı qədər içtən
və qar dənəsi kimi dümağdır dua.
Dua,Allahın rəblik və ilahilik həqiqətinə köklü bir sığınmadır.
Dua, insanin varlıq xarakterinin təbii bir parçasıdır.
Dua edən insanın kainata yaydığı müsbət bir enerji vardır.
İnsan sadə bir davranışdan uzaq olaraq duaya yönəlirsə,
bu duadan əvvəl şüurlu və ya şüursuz olaraq həm zehni,
həm də emosional olaraq diqqətini toplayır.
Bu yönü dua edəcək olanın Allah qarşısındakı acizliyini
idrakı tərəfindən isə doğrudur.Ancaq içtəki yoğunlaşma
ilk olaraq hiss edilən mənəvi həzz olaraq yansımaya
başladıqca yön dəyişdirir, artıq dua etmə davranışı
olaraq əllərini göyə açan insanın həyəcanı artmışdır.
İnsan mənlik bütünlüyü ilə dua edə bilsə özündə topladığı
məna dünyasının söz və obrazlarını Allaha çatdırma
məqsədinə yönəlir. İnsanın hər növ roldan uzaqlaşaraq
etdiyi dualar yenə özünün ruhunu aydınlatacaq.
Göydən yağan rəhmət yağışı, eyni zamanda özüylə
birlikdə digər varlıqları da əhatə edəcəkdir.
Allahın qalibiyyəti daimidir və hər yeri əhatə etməkdədir.
"0 qüvvətlidir, qalibdir."
Dua, ruhumuzun dərinliklərini və sərhədlərini keşf
edebilməyimiz üçün böyük bir imkandır.
Allah dualara razılıq edər
Allah dua edən insanin gözlədiklərini qarşılayırsa
bu vəziyyət əsla tesadüfən deyildir. Şübhə içərisində
qalan, hətta Allahın sıxıntılarımızla maraqlanacağını
düşünən insan isə, onun ilahi dəstəyinə qavuşmaqdan uzaq qalacaq.
Duanın dəyəri də bu nöqtədə ortaya çıxır. Allaha qarşı borclarını
yerinə yetirməyən insandan bunları edən insana qədər
hər kəs əllərini açıb dua etməyə ehtiyac duyur.

Teq: dua

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: İslam Baxış Sayı: 953 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı