Korporativ veb-sayt üçün

Tarix: 09.05.2024, 08:20 Пожаловаться
Siz sayt yaratmaq qərarına gəlmisiniz, artıq onun strukturunu, dizaynını da yaratmısınız, domen və s. seçmisiniz. Bundan sonra isə hostinq haqqında düşünmək olar. Hostinq kənar veb-serverdə saytın yerləşdirilməsi üzrə xidmət deməkdir (hostinq həm də bu xidməti təqdim edən yer və ya server adlanır). Hostinq həm Azərbaycan ərazisində, həm də ölkədən kənarda yaradıla, müştəriyə standart və ya geniş xidmətlər paketi təklif edə bilər.

Domen seçimi

İlk növbədə sayt üçün domen və ya internetdə onun üçün ad seçib almaq lazımdır. Şəxsi domen hostinq-şirkətdən asılı olmamağa imkan verir. Hostinq üzrə xidmətlər sizi qane etmədiyi halda, istənilən an domen və saytı digər şirkətin serverinə keçirmək olar.

Domenə illik ödəniş qeydiyyatçı və seçilən domen zonasından (məsələn, .com və ya .net) asılıdır və ildə 10-20 dollar arası dəyişir. .az domenləri bir qədər bahadır: birinci il 40, sonrakı illər isə 20 manat (İntrans şirkəti). Populyarlığından asılı olaraq domenin alınması on minlərlə dollara başa gələ bilər. Domen adlarının sahibinin olub olmamasını whois.com və whois.az saytlarında yoxlamaq və almaq olar.

Hostinqin növləri


Pulsuz veb-hostinq məhdud resurslara malik olan və işə yeni başlayanlar üçün maraqlı ola bilər. Belə halda saytın ünvanı üçüncü dərəcəli domen olacaq. Məsələn, company1.wordpress.com və belə adı hostinqdən ayrıca almaq lazım gəlmir.

Saytda bir neçə menyu opsiyaları olacaq və bloq prinsipi üzrə işləyəcək. Saytda yerləşdirilən informasiyanın məzmununa, faylların həcminə və s. məhdudiyyətlər qoyula bilər. «Adətən pulsuz hostinq təqdim edən server administrasiyası istifadəçilərin səhifəsinə reklam əlavə edir ki, bu da təbii olaraq hamının xoşuna gəlmir», - deyə İntrans provayder-şirkətinin ofis meneceri Günay İsmayılova bildirir.

Virtual server (shared hostinq) çoxlu sayda saytların yerləşdiyi serverdir. İstifadəçilər proqram təminatı tərəfindən məhdudiyyətlər qoyulan bərabər imkanlara malik olurlar. «Hər bir sayt üçün fayllar və qovluqlar saxlanan virtual server yaradılır, - deyə ADaNet provayder-şirkətinin meneceri Tamilla İsmayılova qeyd edir. – Bu ən geniş yayılmış və əlçatan hostinq növu kiçik və orta həcmli saytlar üçün çox münasibdir. Mənfi cəhətlərindən biri serverdə ayrılan həcmlərin məhdudiyyətidir.

Saytın idarə edilməsini hostinq-provayderin sistem administratorları həyata keçirir. Provayderin seçiminə uyğun olaraq siz bəzi proqramlara çıxış əldə edirsiniz (www-, mail-, DNS-, ftp-server)».

Virtual özəl server (virtual private server – vps) fiziki serverin işini imitasiya edir və müstəqil nəzarət və idarəetmə təqdim edir. Hər bir vps özünün konfiqurasiyasına və əməliyyat sisteminə malikdir. Belə hostinq növü geniş yayılıb (bu cür hostinq həmçinin biznesinfo.az portalı üçün də istifadə olunur), çünki sayt sahiblərinə münasib qiymətə geniş imkanlar verir.

Qiymət istifadə edilən resurslardan (yaddaş, prosessor vaxtı) və dəstək üzrə xidmətlər paketindən asılıdır. Dəstəksiz ilkin qiymət ayda 20 dollardır. Belə hostinq həm ayrıca layihələr, həm də alınıb satılması üçün istifadə oluna bilər. Vps-lə işləmək əməliyyat sistemlərinin administrativ idarə edilməsi və internet-proqram biliklərinin olmasını tələb edir.
Özəl server fiziki serverin icarəsini nəzərdə tutur (sizə server təqdim olunur).

Bu server hostinq-provayderin məkanında yerləşir və fasiləsiz elektrik enerjisi şəbəkəsinə və yüksəksürətli informasiya ötürmə kanallarına qoşulur. Siz istənilən əməliyyat sistemi, proqram təminatı quraşdıra, hər şeyi yalnız öz tapşırıqlarınızı həll etmək üçün nizamlaya bilərsiniz. İcarəçidən başqa, heç kim, hətta hostinq-provayder belə serverə daxil ola bilməz.

Hostinq-provayder yalnız serverə xidmət göstərməklə məşğul olur. Belə hostinq növu çoxsaylı əməliyyatlar və sorğular olan böyük layihələr üçün istifadə olunur (məsələn, elektron ticarət portalları). Özəl server üzrə xərclər trafikin həcmi və resursun digər xüsusiyyətlərindən asılı olaraq ildə 250 dollardan bir neçə min dollara qədər dəyişə bilər.

Daha güclü hostinq növləri də mövcuddur. «Kolokasiya» (colocation) – bütöv bir data-mərkəzin icarəsi – telekommunikasiya və məlumat ötürmə xidmətlərilə məşğul olan şirkətlər tərəfindən istifadə olunur. «Buludlu» hostinq (cloud hosting) – hesablama infrastrukturunun server kimi istifadə texnologiyasıdır. Belə hostinq miqyaslılıq, məhsuldarlıq və müntəzəmlik vacib olan kompleks layihələr üçün münasibdir.

Virtual serverin seçim meyarları


Hostinq-provayderlər bazarı kifayət qədər genişdir. Seçim zamanı, qiymətlə yanaşı, hostinq-paketin və provayderin keyfiyyət göstəricilərini də nəzərə almaq lazımdır.


Texniki dəstək. Müştəri xidmətinin nə qədər çevik işləməsinə diqqət yetirməklə texniki dəstəyin keyfiyyətinə qiymət vermək olar. Xidmət gün boyu və istirahət günləri də işləməlidir.


Sizin sayt üçün sərt diskdə ayrılan yerin həcmi bir neçə meqabaytdan onlarla geqabaytadək dəyişə bilər. Bloqlar və informasiya resursları üçün minimal həcm də kifayət edər, amma ehtiyat yaddaş almaq yaxşı olardı.

HTML tipli sadə sayt üçün minimal funksiyalara malik olan istənilən variant uyğun gəlir. CMS əsasında yaradılan sayt üçün PHP, Perl, MySQL, FTP, CGİ, ASP dəstəyi tələb olunur. Əməliyyat sisteminə də diqqət yetirin. Ən geniş yayılmış əməliyyat sistemləri Linux (veb-hostinqin ənənəvi platforması) və Windows-dur.

Saytın açıq olması üçün məlumatların ötürülmə sürəti ən azı saniyədə 155 meqabayt olmalıdır. Şirkətin serverlərində olan saytlara daxil olun və səhifələrin yüklənmə vaxtını izləyin.

Gələcək layihə üçün istifadəçilərin sayını əvvləcədən demək mümkün olmadığı üçün qeyri-məhdud trafikli hostinq götürün.
Sayt üçün hostinq seçərkən serverin resurslarının bir hissəsi buna ayrılır. Əgər sizin sayt serverdə bu resursları keçən yükləməklər yaradarsa, hoster sizə digər (daha bahalı) tarifə keçməyi təklif edə bilər. Buna görə də daha çox imkanlara malik hostinq seçin.

Up Time müəyyən zaman kəsiyində serverin müntəzəm işləməsidir. Əgər saytınızın daim açıq olmasını istəyirsinizsə, idealda bu 100% olmalıdır.

Ortastatistik hostinq-provayder sizə əsas domenə 4-6 əlavə domen də verir və buna görə pul almır. İlk əvvəl onlardan istifadə etməsənizsə də, sonradan onlar sizə lazım ola bilər. Məsələn, siz forum yaratsanız, onun ünvanı sizin ilkin saytın ünvanına yaxın olacaq: http://forum.site.az.

POP3 (Post Ofise Protocol – elektron poçt qəbulu protokolu) akkauntları poçt qəbul etməyə imkan verir. Ən azı 5 ayrı POP3 akkauntlara və ya poçt qutularına (sonradan lazım ola bilər) malik olmaq yaxşı olardı. Ən yaxşısı isə onların sayı qeyri-məhdud olsun.


Forbaku.net


Teq: forbaku

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: ForBaku Life Baxış Sayı: 1312 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı