Nənələr bu yaşlarında xoreoqraf və vokal dərsləri alırlar

Tarix: 09.05.2024, 23:01 Пожаловаться


Rusiyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi "Buranovskiye babuşki" kollektivi Bakı səhnəsində yüksək səviyyədə çıxış etmələri üçün peşəkar xoreoqraf və vokal dərslərinə başlayıblar.

Forbaku.net-in müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qrupun prodüseri Kseniya Rubtsova bildirib ki, nənələr ötən həftə ərzində Moskvada keçirilən rus dili festivalında da iştirak ediblər. Onlar festivalda 3 mahnı oxuyublar ki, bu da uşaqların böyük sevincinə səbəb olub.

Rubtsova həmçinin bildirib ki, nənələrin müsabiqəyə hazırlığı və məşqləri elə Buranovo kəndində baş tutur. Səbəb isə odur ki, nənələr öz təsərrüfatlarından kənarda qalmaq istəməyiblər.

Bir neçə gün əvvəl Buranovo kəndinə "Rossiya" telekanalının nümayəndə heyəti də gəlib. Onlar nənələrə Bakı səhnəsindəki çıxışa hazırlaşmaqda kömək edirlər.


Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Eurovision Baxış Sayı: 1132 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı