“Eurovision-2012”nin aparıcısı Məleykə Abbaszadənin qızıdır

Tarix: 09.05.2024, 06:16 Пожаловаться

Əcnəbi vətəndaşla evli olan Nərgiz Birk-Petersen haqqında bilmədiklərimiz...
May ayında Bakıda keçiriləcək "Avroviziya-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin ictimaiyyətə tanış olmayan aparıcısı Nərgiz Birk-Petersenin kimliyini dəqiqləşdirib. Əməkdaşımızın araşdırması nəticəsində məlum olub ki, hamının uzun müddət haqqında bilmək istədiyi Nərgiz Birk-Petersen Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin doğma qızıdır.

Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı quran Nərgiz xanım hazırda paytaxt Kopenhagendə yaşayır.

Bakıda anadan olan Nərgiz Xəzər Unversitetini bitirib. Hələ tələbəlik illərində o, Xəzər Unversiteinin Tələbə Televiziyasının ingilis dilindəki xəbərlər proqramında müxbir kimi çalışıb. Daha sonra təhsilini ABŞ-da davam etdirən Nərgiz orada huquq təhsili alıb. O, həmçinin bir müddət model kimi də çalışıb.

Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib.

"Azərbaycanın bu mötəbər yarışmaya qatılması mənim üçün çox maraqlı oldu. Qalib gədiyimiz zaman sevincimin həddi-hüdudu yox idi. Mən dərhal hiss etdim ki, 2012-ci ildəki yarışmanın bir parçası olmalıyam. Belə mühüm yarışmanı dünyaya təqdim edəcəyimdən qürur hissi duyuram”-deyə Nərgiz qısa müsahibələrinin birində qeyd edib.

Nərgiz Birk-Petersen 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan "Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktorudur. O, bu il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib.

Nərgiz Birk-Petersen bu il yanvarın 25-də "Buta Palace” sarayında "Eurovision-2012” Mahnı Müsabiqəsinin püşkatmasında da aparıcılıq edib. O, ana dili ilə yanaşı, ingilis rus, Danimarka dillərini də bilir...

Nərgiz xanımın iki övladı var.

Forbaku.net




Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı4 Bölmə: Eurovision Baxış Sayı: 1535 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı