“Eurovision 2012” mahnımızın Azərbaycan versiyası hazırlanır

Tarix: 09.05.2024, 21:02 Пожаловаться


Azərbaycanı bu il "Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək Səbinə Babayeva şouya hazırlıqları barədə ən son məlumatları açıqlayıb.

  "Eurovision.az” saytına müsahibə verən təmsilçimiz hazırda müsabiqədə ifa edəcəyi "When The Music Dies" mahnısının Azərbaycan versiyasının hazırlandığını bildirib.

Səbinə Babayeva eyni zamanda müsabiqə ərəfəsində London, Macarıstan və Amsterdama səfər edəcəyini deyib. "Eurovision” Mahnı Müsabiqəsinin final mərhələsində 13-cü çıxış edəcək Səbinə Babayeva buna çox sevindiyini bildirib: "Püşkatma zamanı 13 rəqəmi altında çıxış edəcəyim məlum olduqda çox sevindim. Çünki bu, mənim ən düşərli və sevimli rəqəmlərimdəndir. Maraqlısı ondadır ki, "Slavyan ulduzu” yarışmasında Qran-pri mükafatını qazananda da məhz 13 nömrə altında çıxış etmişdim. Bu, bir neçə dəfə olub və mənim üçün sevindirici haldır”.

"Eurovision 2012”-də digər ölkələrin təmsilçilərindən də danışan Səbinə Babayeva bu il çox güclü təmsilçilərin mübarizə apardığını deyib: "Amma mən rəqabət və ya rəqiblər haqda düşünmək istəmirəm, çünki bütün gücümü məhz şoumuzun hazırlığına sərf edirəm”.

"Eurovision 2012” təmsilçimiz müsahibə zamanı dostları Elnur Hüseynov və Diana Hacıyeva ilə maraqlı kompozisiya da ifa edib.


Forbaku.net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Eurovision Baxış Sayı: 1133 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı