Emin Ağalarov “Eurovision” səhnəsinə 68 nəfərlə çıxacaq

Tarix: 09.05.2024, 20:27 Пожаловаться

Tanınmış müğənni Emin Ağalarov "Eurovision 2012” öncəsi mətbuat konfransı keçirib.

Müğənni müsabiqə günü "Bakı Kristal Zal” səhnəsində təqdim edəcəyi şou haqqında danışıb. 

O, bildirib ki, mayın 26-da "Eurovision 2012”nin final gecəsində səhnəyə 68 nəfər heyətlə çıxacaq. Müğənninin hazırladığı şouda Azərbaycan musiqi alətlərindən istifadə ediləcək. 20 rusiyalı, 20 azərbaycanlı rəqqasın rəqsi ilə "Never enought” mahnısını səsləndirəcək.

Prodüser Devid Beynbric və Piter Birdin qatıldığı mətbuat konfransında Eminin gələcək fəaliyyəti ilə bağlı işlərdən danışılıb. Bildirilib ki, müğənninin 2011-ci ildə müqavilə bağladığı EMİ MUSİC şirkəti Eminin Böyük Britaniya, İrlandiyada, Danimarka, İsveç, Polşa, Çexiya, Yunanıstan, ümumilikdə 12 ölkədə yeni albomunu satışa çıxacaq.

Emin Ağalarovun "Baby Get Higher” mahnısı "BBC Radio 2”də məşhur aparıcı Ken Brucenin şousunda təqdim olunub. 1 həftə ərzində 18 milyon dinləyici qazanan mahnı ötən həftə reytinqinə görə 400 mahnı içərisində 40-cı yerdə qərarlaşaraq məşhur müğənni Rihannanı arxada qoyub.

 Müğənni mayın 14-15-də promo-tur çərçivəsində Böyük Britaniyanın əsas aparıcı radio proqramlarında çıxış edəcək. Mayın 18-də isə Britaniyanın ən reytinqli "This Morninq” səhər proqramında iştirak edəcək. Həmçinin ölkənin məşhur OK jurnalına müsahibə verəcək.


Forbaku.net



Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Eurovision Baxış Sayı: 1157 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı