Azərbaycanın Eurovision 2012 mahnısı təqdim olundu

Tarix: 09.05.2024, 17:56 Пожаловаться

Səbinə Babayevanın "When the music dies" mahnısında muğam partiyasını Alim Qasımov ifa edib

Eurovision.az saytinin verdiyi m
əlumata gorə Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Səbinə Babayeva "Bakı Kristal Zalı"nda "When the music dies" mahnısını ifa edəcək. Mahnının müəllifləri İsveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. İngilis dilində ifa olunacaq Eurovision 2012 mahnımız lirik janrdadır. Mahnıda milli musiqimizlə  sintez  də var.Mahnı sevgi fəlakəti və onunla bağlı dərin ağır tәәssüratlar haqqında dramatik hekayədir. İncә, eyni zaman məzmunlu melodiya və emosional partlayışlar bir birinin ardınca gələrək Səbinənin səsinə xas olan geniş diapazonu, qüvvәti tembr xüsusiyyətlərini açır."When the Music Dies" Avropa musiqisinin son tendensiyaları və Azərbaycanın milli ənənələrinin unikal birləşməsidir. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub. Milli musiqi partiyalarının yazısında Oqtay Şərifov, Sərxan Vahabov, Azərbaycan əməkdar artisti Şirzad Fətəliyev və Yaşar Baxış  Azərbaycan musiqiçiləri cəlb edilib, muğam partiyasını isə Alim Qasımov ifa edir.
Səbinə Babayevanın "When the music dies" mahnısının rəsmi videosu  martın 19-da təqdim ediləcək.

Forbaku.net


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Eurovision Baxış Sayı: 1118 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı