Alim Qasımov ‘Eurovision’dakı muğamdan danışdı

Tarix: 09.05.2024, 06:53 Пожаловаться


Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When The Music Dies" adlı mahnısını ilk dinləyənlərdən biri xalq artisti Alim Qasımov olub. Çünki mahnının ilk nüsxəsi dinləmək üçün xanəndəyə göndərilib.

Musiqini dinlədikdən sonra ustad xanəndə melodiyaya uyğun olaraq bir neçə muğamdan, xüsusilə də "Bayatı Şiraz" muğamının "Bayatı İsfahan" şöbəsindən ekspromt boğazlar edib. "When The Music Dies" mahnısında məhz həmin ekspromt ifadan hissələr yer alır.

Xatırladaq ki, "When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub.


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Eurovision Baxış Sayı: 992 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı