'Eurovision' qonaqları üçün 500 London taksisi ayrılacaq

Tarix: 09.05.2024, 08:34 Пожаловаться

"Eurovision - 2012" mahnı müsabiqəsində paytaxta gələn qonaqlara xidmət göstərmək üçün 500 bənövşəyi London taksisinin ayrılması nəzərdə tutulur.


"Bakı Taksi” MMC şirkətinin direktoru İlqar Qasımov bildirib ki, bu barədə artıq təşkilatçılarla şifahi razılıq əldə olunub. Hazırda müqavilə hazırlanır və əgər ehtiyac olarsa, taksilərin sayı artırılacaq.

Taksilərdə printerli taksometrlərin quraşdırılmasının da gündəmdə olduğunu deyən şirkətin direktoru bu istiqamətdə də müvafiq addımların atıldığını vurğulayıb. Bundan başqa, fəaliyyət göstərən taksilərdən 50-də gediş haqqının plastik kartlarla ödənilməsinin tətbiqinə də başlanılıb. Artıq bu xidmətdən istifadə edən sərnişinlərin sayı artmaqdadır. Digər 450 taksidə isə pos-terminalın proqram təminatı üzərində iş gedir.

Qeyd edək ki, Azərbaycana 830 London taksisi gətirilib. Avtomobillərin 170-i isə bu günlərdə Türkiyədən yola salınacaq. Ümumiyyətlə, hazırda paytaxt küçələrində 400-ə yaxın bənövşəyi taksi fəaliyyət göstərir.


Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Eurovision Baxış Sayı: 1034 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı