Şir bürcünü tanıyaq...

Tarix: 19.04.2024, 08:38 Пожаловаться


Ulduzlar sistemində beşinci yeri tutan Şir bürcü təxminən iyulun 23-dən avqustun 22-nə qədər olan dövrü (31 gün) əhatə edir. Ünsürü od, planeti Günəş, düşərli günü bazar, düşərsiz günü şənbə, uğurlu rəngi qızılı, narıncı, al, qara, uğursuz rəngi ağ, uğurlu daşı yantar, topaz, rubin, oniks, brilliant, metalı qızıl, enerji verən çiçəyi xrizantema, pion, uğurlu rəqəmi 1, 5, 9, 11, müxalif bürcü Sutökən, talismanı taclı inək, şir, qartal, şanslı ölkələri Fransa, İtaliya, Çexiya, Slovakiya, Antarktida, Arktika və Siciliyadır.

Fiziki strukturu

Şir bürcündə doğulan insanların adətən hündür boyu, dolu mütənasib bədəni, yumru başı olur. Enli kürəkləri, hündür, açıq alnı, azca əyilmiş burnu, dolu dodaqları var. İri, qara və ya şabalıdı gözləri, məğrur, aydın baxışları, açıq rəngdə saçları və gözəl dərisi olur. Yerişi ləngdir. Xarakteri möhkəm, cəsarətli, müstəqildir. Çox diqqətli, məğrur, xeyirxah, azad düşüncəli, lakin əsəbidirlər.

Fəaliyyət üslubu

Bu bürc altında doğulanlar arasında çoxlu aktyorlar, rejissorlar, prodüsserlər və teatr adminstratorları var. "Şir"lər xüsusiylə "malı yaxşı nümayiş etdirmək",- gərək olduğu yerdə daha uğurlu fəaliyyət göstərirlər. Buna görə də dizayn, aşbazlıq, vitrinlərin quruluşu və s. kimi işlər onların ürəyincədir. Qeyd etmək lazımdır ki, "Şir"lər yeni və təcrübələri az olan işlərə başlamağa meyllidirlər. Buna görə də çox çalışmalarına və istedadlarına baxmayaraq, bəzən öz məqsədlərinə çata bilmirlər.
"Şir"lər pulun özünü yox, onun yaşamağa imkan verdiyi şahanə həyatı sevirlər. Biznes onlar üçün elit bir oyundur. Belələrinin sərmayə qoya biləcəyi ən uğurlu mühit daşınmaz əmlak və əmanət sahəsidir.
Vəzifə həvəskarı olan bu Zodiak idarəetmədə peşəkardır. Çünki onda artistlik bacarığı və özünəinam hissi çox güclüdür. Zaman-zaman çətinliklərə mübtəla olsa da, vəzifə pilləsində hamını təəccübləndirməyi bacarır. "Şir"in ən zərif yeri olan özünəvurğunluq hissinə qarşı çıxsanız, asanlıqla onun əbədi düşməninə çevrilə bilərsiniz. Bu bürcdən olan vəzifəlilər hədsiz dərəcədə zəif yaddaşa malik olurlar. Bu amildən yararlanıb bütün işləri hiss etdirmədən icra edin və ona yalnız uğurlu nəticə haqqında məlumat verin. "Şir"in ürəyinə yol tapmaq istəyirsinizsə, cəsarətli və qürurlu olmağınız kifayətdir.

"Zəif damarı"
"Şir"lər otağa girəndə orada olanlar arxa plana keçməli, hamı onlara diqqət yetirməlidir. Unikal və digərlərindən üstün olduqlarını göstərməlidirlər. Onlara bu imkanı verin. Deyin ki, hələ bu vaxtacan belə qeyri-adi insan görməmisiniz. Onları tərifləyin. Bu, onlara hava və su kimi lazımdır. Onları tutduqları mərkəzi mövqedən yıxmağa çalışmayın. Öz kamilliklərini nümayiş etdirməyə imkan yaradın. Həyatınızın onların ən kiçik arzularından asılı olduğunu göstərə bilsəniz, daha yaxşı olar. Deyə bilərsiniz, "bu lap ağ oldu", amma bir başqa bürclə bu, bəlkə də belə olardı. "Şir"lərə isə başqa yol yoxdur. Onlar bunu təbii hal kimi qəbul edirlər. Bu adamlar yumor hissinə malikdirlər, gülməyi xoşlayırlar, lakin özlərinə yox. İncəsənətlə, teatrla, ədəbiyyatla maraqlanırlar. Buna görə də "Şir"ləri şəkil qalereyasının açılışına, tamaşanın, filmin premyerasına, ədəbi xarakterli dəbdəbəli yığıncağa dəvət etmək yerinə düşər.

Mənfi cəhətləri

Astrologiyadan "Şir"ləri mərd və cəsur insan kimi tanısaq da, bu adamlar eyni zamanda vəzifəpərəst, dikbaş və hissiyyatsız bir varlıqdırlar. Onlar şöhrətpərəst və lovğa olur, onların yerini tutmağa çalışan hər kəsi məhv edir, öz planlarını həyata keçirmək üçün hər şeyə (mənfi və müsbət cəhətdən) gedirlər. Qadın-Şirlər şıltaqlıq və ədabazlıq etmədən keçinə bilmirlər.

Gizli qabiliyyətləri

Şir bürcündən olan kişiləri ifrat özünəvurğunluq və eqoizm uçuruma yuvarlada bilər. Onlar hər zaman yüksəkdə durmağa öyrəşiblər. Ona görə də belələrini yalandan tərifləməklə hər bir işə (o cümlədən yaramaz işlərə də) sövq etmək mümkündür. Bu sayaq insanlar bir anlıq parlamaq üçün çox şeyi qurban verərlər.
Aşağı səviyyəli "Şir"lər eqoistdir. Belələri tərəddüd etmədən ailəsini, uşaqlarını onlara məftun olduğunu göstərə bilən başqa bir qadından ötrü ata bilərlər. Onlar hətta ailələrinin çörəkpulunu düşünmədən sağa-sola xərcləməyə qadirdirlər. Özlərini təmizə çıxarmaq üçün gözlərini qırpmadan yalan danışa bilərlər. Şan-şöhrətə çox qısqancdırlar. Onların səhvlərini üzə çıxaranlara nifrət bəsləyirlər. Əgər yüksək səviyyəli "Şir"lər alicənab və müdrik padşahlardırsa, aşağı səviyyəli "Şir"lər tovuz quşu lələyi taxmış qarğalardır və onlar bu lələyi hər şeydən üstün tuturlar.

Şir bürcündən olan qadınlar hər bir halda şahzadədirlər. Onların aşağı səviyyəli olanları çox bədxərc və eqoistdirlər. Belələrinin istəyi başqaları üçün qanundur. Əgər kimsə onların istəklərini yerinə yetirmirsə, ona nifrət edirlər. Bu sayaq qadınlar digər həmcinslərinə yalnız xidmətçi, yaxud da özlərinə maneə kimi baxırlar.
Aşağı səviyyəli Şir-qadınlar, yüksək səviyyəli Şir-qadınlardan qorxurlar. Çünki onların üstünlüyünü çox yaxşı duyurlar. İşlənməmiş karmaya malik olan belə qadınları gözləyən real təhlükələrsə göz qabağındadır. Parlaq (yəni pullu) cəmiyyətdə dolanmağa öyrəşən Şir-qadınlar təbii ki, tez-tez borca da düşər və bununla da kriminal ünsürlərin "razborka"sının qurbanına çevrilə bilərlər.

Karmik düyünü

Bu bürcdən olanlar üçün daimi dəyişən enerji axını xarakterikdir. "Şir" ideal rəhbərdir. O, ruhlandırmaq lazım gələni, öz enerjisi ilə ruhlandırır, digərlərini isə təkrarolunmaz avtoriteti ilə tabe edir. Onun əsas problemi aşağı səviyyədə qavramadadır. Ona elə gəlir ki, uğur qazanan və güclü olan haqlıdır. Bundan başqa, "Şir" reallığın ancaq onun enerjisinin işıqlandırdığı tərəfi ilə maraqlanır. Qalan şeyləri isə inkar edir.
Ali-Şir öz enerjisi ilə kor olmuş vəziyyətdə deyil. O, impulsiv deyil və həyatı diqqətlə müşahidə edir. Ali-Şir enerji axınının da qulu olmur. Bu adam enerjini idarə etməyi bacarır. Bu, bir növ incəsənətdir. Odur ki, "Şir" həmişə nəzərə almalıdır ki, enerji özlüyündə heç nə yaratmır, bu enerji yalnız lazımi istiqamətə yönəlib idarə ediləndə nəsə bir nəticə verir. Həmçinin "Şir" onun idarəçiliyi altında olmayan real həyata hörmət etməyi də öyrənməlidir. O, özünü daha çox həyatın gözəlliyinə sevinmək mümkün olduğu və başqalarına sevinc bəxş edən yaradıcı və aktyor kimi çıxış etməyin mümkün olduğu yerdə ifadə edə bilər.

Yuxuları

Bu adamların yuxularla bağlı tez-tez çətinlikləri olur. Profilaktika kimi onlara məsləhət görərdik ki, yatmazdan qabaq bədənlərini masaj etsinlər və nəfəs gimnastikası ilə məşğul olsunlar. Bu bürcün nümayəndələri yuxuları nadir hallarda yadda saxlayır, lakin yadda qalanları hər hansı problemin həllində onlara kömək edir, həmçinin gələcəkdən, sirli aspektlərdən xəbər verir. Bəzən "Şir"lərdə öncəgörmə qabiliyyəti də olur. Bu, ondan irəli gəlir ki, onların dərrakəsi "Qoç"larda olduğu kimi çox itidir və hər bir cüzi informasiyanı da "qamarlayırlar". "Şir"lərin gördükləri yuxular çox ciddi olur. Onlar bu istedadlarını lazımınca qiymətləndirməyi bacarmalıdırlar. Bəzən də olur ki, bu şəxslər "boş-boş" yuxular görürlər. Bununsa özünəməxsus mənaları var. Lakin "Şir"lər energetik planda çox güclü insanlar olduğundan öz enerjilərilə istənilən bədxah adamı ciddi surətdə zədələyə bilərlər.

Sevgisi

"Şir"lər məhəbbətdə romantikdirlər. Sevdiyi adamla dağ başında, dəniz sahilində, təbiətin füsunkar qoynunda görüşlərə çıxmağa can atırlar. Onlar güllərlə, hədiyyələrlə dolu təmtəraqlı həyatı və nümayiş olunmağı sevirlər.

Flora dünyası

"Şir"lər torpaqda çox işləməyi xoşlayır, buna görə də hazır, dərilmiş çiçəkləri, ələlxüsus da pion, qladiolus, xrizantem güllərini bəyənirlər. Onlara zövq verən çiçəklər sırasına lalə, gülümbahar, peyğəmbərçiçəyi və kalendulanı da əlavə etmək olar. Onların ekzotik bitkilərə rəğbət bəslədiyini nəzərə alaraq deyə bilərik ki, bu adamlar evdə kiçik bir ağac da becərə bilərlər. Bu kiçik ağac palma olsa, lap yerinə düşər. Çünki palma ağacı onlara çox yaxşı təsir göstərir.
"Şir"lərin sevdikləri ətirlər: ənbər, qızılgül, inciçiçəyi, paçuli, jasmin, kokos...

Fauna dünyası

Klassik astrologiyada hər bir Zodiak işarəsinin müxtəlif heyvanlarla bağlılığı haqqında dəyərli fikirlər göstərilib. Özü də bu bağlılıq həm analoji, həm də xarakterik cizgilərlə qeyd olunub. Bu baxımdan, "Şir" bürcünə düşən heyvanlar bunlardır: şir, bəbir, qartal, xoruz, şahin və s.

Xəstəlikləri

Şir bürcünün himayədarı olan Günəş insanlara həyat enerjisi bəxş edir, bütün orqanlarda xoş əhval yaradır. Bu parlaq planet qan dövranına, həzm sisteminə də müsbət təsir edir. Astroloqlar Günəşin - Şir bürcünün hakim olduğu dövrdə (23 iyul-22 avqust) əsəb gərginliyi və göz ağrılarının şiddətləndiyini göstərirlər. Barəsində yazdığımız bürcdə diafraqma, ürək, onurğa sütunu belə qədər (yuxarıdan) bel əzələləri, tor qişa kimi fəsadlar olur. Şir bürcü ilə hipotaniya, stenokardiya, aortanın anevrizmi və başqa ürək xəstəlikləri, bel beyinin soyuqlaması xəstəlikləri əlaqəlidir.

Ölüm ünvanları

Müşahidələrdən bəlli olur ki, enerji simvolu olan "Şir"lər daha çox saraylarda, ictimai yerlərdə - mitinq və toplantılarda, bir sözlə, adamlar çox olan yerlərdə ölürlər. Aldıqları və ölümlərinə səbəb ola biləcək xəsarətlər isə bunlar olur: infeksion xəstəliklər, edam, müharibədə yaralanma, yanıq, ürək dayanması və s.

Məşhur "Şir"lər: Həzrəti Əli (ə), Xan Şuşinski, Niyazi, Mustafa Topçubaşov, Cəmşid Naxçıvanski, Şıxəli Qurbanov, Məmmədrza Şeyxzamanov, Əhsən Dadaşov, Xudu Məmmədov, Mirvarid Dilbazi, Aydın Qaradağlı, Seyfəddin Dağlı, Maral Rəhmanzadə, Flora Kərimova, İlhamə Quliyeva, Afaq Bəşirqızı, Müslüm Maqomayev (nəvə), Rafiq Hüseynov (diktor), Mehriban Ələkbərzadə, Bəxtiyar Vahabzadə, Şahmar Ələkbərov, Rasim Balayev, Etibar Elkin, Anatoli Banişevski, Toğrul Nərimanbəyov, Rəfiqə Axundova, Akif İslamzadə, Pənah Hüseyn, Əlisa Nicat, Rəfael Hüseynov, Azər Paşa Nemətov, Kamal Talıbzadə, Alim Qasımov, Kamil Vəli Nərimanoğlu, Vasif Adıgözəlov və b.

Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirləri məclislərdə, yığıncaqlarda diqqət mərkəzinə çəkin. Hamı ona baxmalıdır, hamı onun haqqında danışmalıdır.Özünüzü ondan asılı kimi göstərin. Qoy o, elə başa düşsün ki, sizin həyatınız, xoşbəxtliyiniz onun əlindədir. Həddini aşmağında bir qorxu yoxdur, qorxmayın. Şirlər bu hərəkətinizdən çox razı qalacaqlar.
Şirlərin çox gözəl yumor zövqü vardır. Ona görə də, söhbətə başlamaq və diqqətini çəkmək üçün onu güldürün. Amma bunu unutmayın ki, Şirlər özündən başqa hər şeyə gülməyi sevir.
Əgər siz qadın Şirə görüş təyin etmisinizsə, onda səxavətli olun. Onunla ictimai nəqliyyatla getməkdənsə yaxşı olar ki, gözəl bir avtomobildə getməyi üstün tutasız.
Şir-qadınlar həmişə özlərini ali cəmiyyətin üzvü sayır, hər şeyi bəyənmir. Əgər ona hədiyyə almaq istəsəniz, bu mütləq parlaq bir hədiyyə olmalıdır. Parlaqlıq rəngdə deyil, Şirlərin hədiyyəyə olan təəssüratındadır.
Əgər sizin dəvətliniz kişi Şirdirsə, onda onu diqqət mərkəzində olması üçün qohum-əqrəba, dostların çox olduğu məclislərə aparın. Çalışın, hamı onun haqqında danışsın, söhbət həmişə onun ətrafında fırlansın. Şirlərlə münaqişə etməyin. Siz haqlı olsanız belə, çox üstünə düşməyin.
Əgər Şirlərlə ailə qurmaq istəsəniz, ona ailəni hər şeydən üstün tutduğunuzu, ailəyə bağlı olduğunuzu göstərin. Onlar həyat yoldaşına qarşı çox tələbkardırlar. Həyat yoldaşı nəinki gözəl insan, həm də bacarıqlı, ağıllı, başa düşən bir şəxs olmalıdır.

Kişi Şirlə başqa bürclərin uyğunluğu
Şir - Qoç. Uyğunluq çoxdur. Bəzən hər ikisinin dominant rol oynaması münasibətləri çətinləşdirir. Ünsürləri eyni olduğundan bir-birini başa düşürlər. Münasibətləri yaxşıdır. Ailə uyğun və uğurludur. Çox vaxt fikirləri üst-üstə düşür.
Şir - Buğa. Romantik münasibət arasıkəsilməyən müharibəyə çevrilə bilər. Hər ikisi tərs və dözümsüzdürlər. Münasibətlərində problemlər var. Əlaqə mümkündür, amma ailədə uzun müddətli münasibətlər olmur. Dostluq əlaqələri də uğursuzdur.
Şir - Əkizlər. Əkizlərə Şirlərin könlünü almaq üçün çox çalışmaq lazımdır. Şirlər onlara qarşı çox tələbkardırlar. Əkizlərin güzəştə getməsi bu münasibətlərin uzunmüddətli olmasına gətirib çıxarır. Ailə uğurludur. Münasibətlər uzunmüddətlidir.
Şir - Xərçəng. Münasibətləri suyun odla əlaqəsi kimidir, su güclüsə odu söndürəcək, od güclüsə suyu qaynadıb buxarlandıracaq. Xərçəngin romantik, sentimental xüsusiyyətləri Şiri yora bilər. Xərçəng Şirdən onun başa düşülməsini istəyir. Şir bunu bilir, amma ailədə dominant özü olmaq istəyir. Əgər bu belə olmasa çətin ki, ailə uzun müddətli alınsın.
Şir - Şir. Şir hər yerdə həmişə ancaq özünü fikirləşir. Bu münasibətlərin problemi iki "mən" olan şəxsin "biz" olmasıdır. Bu çətin olsa da, mümkündür. Hər ikisi romantik, həyatsevər, bir-birinə uyğundurlar. Biri digərinə güzəştə getsə, yaranan ailənin uzun müddətli olacağını söyləmək mümkündür.
Şir - Qız. Şirlərin özündən razı olması səmimi Qızda onlara qarşı mənfi reaksiya yaradır. Qız Şirin onunla əmrlə danışılmasını xoşlamır. Şirlərsə amiranəliyi sevir. Bütün münasibətlər qısa müddətlidir.
Şir - Tərəzi. İlk görüşdən bir-birinə münasibətləri əladır. Bu bürclü şəxslər bir-birinə tez öyrəşirlər. Ailə çox uğurludur. Bu bürcdə doğulan şəxslərin nikahı xoşbəxtlik və mehribanlıq yaradır.
Şir - Əqrəb. Temperament baxımından bir-birinə uyğunsalar da, ailədə xoşbəxt olmaları o qədər də real deyil. Münasibətlər uzun müddətli deyil. Ailədə həmişə problemlər olacaq.
Şir - Oxatan. Ünsürləri eyni olduğundan hər iki bürc sahiblərinin xarakterlərindəki bəzi xüsusiyyətlər eynidir. Bir-birini qiymətləndirə bilirlər. Münasibətlər çox gözəldir. Ailə uğurludur.
Şir - Oğlaq. Bir-birlərindən çox fərqlənirlər. Oğlaqlar Şirlər kimi romantik və sevgi naminə hər şeydən keçən deyillər, həm də Şirlərin özündən razı olması Oğlaqları daim əsəbiləşdirəcək. Münasibətlər mümkündür, amma ailə çətin ki, uğurlu alınsın.
Şir - Dolça. Şir od, Dolça hava ünsürlü olduğundan, münasibətlər problemlisə də, mümkündür. Bəzən bir-birilərini başa düşmürlər. Ailədə hər ikisi başçı olmaq istəyir. Bu da narazılıqlara gətirib çıxarır. Ağıllı Dolça eqoist Şiri yola verə bilmir.
Şir - Balıqlar. Aktiv, həyatsevər Şir, melanxoliyaya uyan Balıqları başa düşmür. İlk görüşdən münasibətlər alınmır. Şirin qüruru bir çox hallarda Balıqlara güzəştə getməyə qoymur. Münasibətlər problemlidir. Ailə uğursuzdur.

Teq: Burcler

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Bürclər Baxış Sayı: 1677 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı