Hansı bürcə aşiqsən?

Tarix: 20.05.2024, 15:16 Пожаловаться


QOÇ (21 mart-20 aprel)

Əzimli və bir az da qalınqabıq olmalısınız. Qoçlar özünə qarşı diqqətli davranılmasını sevir, ona qarşı olan marağınızını ve sevginizi itirmək istəməz. Özünü dünyanın mərkəzi hesab edən bu insan həmişə özündən danışır. öz ayaqları üstündə rahat dura bilən bu insan (maddi və mənəvi olaraq) sizdən də bunu gözləyir. Maraq dairəsinin mərkəzində olmağı dəlicəsinə sevən qoçla birlikdə xoşbəxt bir ömür keçirmək üçün onu qəlbinizin düz ortasına yerləşdirməyiniz lazımdır. Sevginin dalınca qaçan və istədiyi vaxt deyişən biridir. Asan biri olsanız onu gec-tez itirəcəksiniz. Sürücü yerində oturmağına icazə verin, amma mindiyiniz maşının tamamilə onun nəzarəti altında olmasına əsla yox! Hər an özünüzü yada salmalı, gedəcəyiniz istiqaməti müəyyən etməlisiniz.. Bunun əksi onu itirməyiniz deməkdir. Ona ucundan-qulağından danışıb, sizin istədiklərinizi başa düşməsini gözləmek sizi təəssüfləndirə bilər. Kin saxlamağı bacarmayan, yaralarını özü sağalda bilən Qoç dolayı mesajları heç vaxt başa düşməz. Ona sözünüzü birbaşa deyin.


BUĞA (21 aprel-21 may)

Onun həyatınızın sevgisi olduğundan və ona sadiq qala biləcəyinizdən əmin olmalısınız. Bu bürc hərəkət və təcrübələrin deyil, tək bir insanla etibarlı bir həyatın bürcüdür. Dəyişiklikdən heç xoşu gəlmir və onunla birlikdə olmaq üçün ona uyğunlaşmaq sizdən aslıdır. Görünüşünüzə göstərdiyiniz qayğı və ona verəcəyiniz hədiyyələr onun üçün əhəmiyyətlidir. Bu ailəcanlı adamı əldə etmək üçün edə biləcəyiniz her şey, əgər strategiyanı düz seçməmisinizsə, havayı gedəcək. Qəlbinin açarı onun üçün bişirdiyiniz yeməklərdə tapacağı ləzzətdədir. Ondan soruşacağınız hər hansı bir sualın nöqtəsini və vergülünü tamamilə başa düşməyənə qədər sizə cavab verməyəcək. Komplimentlerinizin altında reallıqdan ne isə tapmasa, bunu niyə dediyinizi başa düşməyə çalışacaq. Amma narahat olmayın, kefi olmayanda sizin yanınızda rahatlıq tapırsa, qalan məsələləri birlikdə həll edərsiniz.


ƏKiZLƏR (22 may-21 iyun)

Unutmayın ki, əkizlər eyni bədəndə 2 fərqli insan deməkdir. Yalnız özü ilə qala biləcəyi, sadəcə özünə hesab verəcəyi, sizin heç vaxt girməyəcəyiniz və bunu tələb etməyəcəyiniz həyatı olması əsas şərtdi. Bu insan duyğularına yox, düşüncələrinə əhemiyyət verdiyini nəzərə alsaq, deyə bilərik ki, onu özünüzə bağlaya bilərsiniz, amma nə olursa-olsun tamamilə, hər şeyi ile sizin olmasını gözləməyin. Əksinə nə qədər sərbəst olsa, münasibətiniz o qədər əla olacaq. Görünüşünüzü tez-tez dəyişdirən birisinizsə, standartlardan uzaq 1 həyat tərziniz varsa və gözlərinizdə gördüyü kiçik 1 parıltıdan sonra 1 saniyənin içində 'Bütün işlərimi təxire salıram, səninle maraqlı 1 yerə gedək' desə təəccüblənməyin.


XƏRÇƏNG(22 iyun-22 iyul)

Qabığından çıxarılmalı olan həssas, səssiz və utancaq biridir. Sizi heç kimə dəyişməməsi üçün onunla səbrli olun, hər məsələdə onu başa düşün ve size etibar etmesi üçün elinizden geleni edin. Bunları bacarsanız heyatının her nöqtesinde sizi ilk sıraya qoyacaq ve qarşılıqlı olmasını sizdən gözləyəcək. öyrəşmək və qəlbən bağlılıq onun üçün düşündüyünüzdən, gösterdiyinizdən və tələb etdiyinizdən də vacibdir. Onun həyatda xoşbəxt olması üçün vacib rol oynadığınızı unutmayın ve istəklərinizi deməkdən çəkinməyin. Təbii ki, onun istəklerini də hər zaman nəzərə alın. O qədər ailəcanlıdır ki, dürüst olsanız birlikdə ev işləri ilə məşğul olmağınızı əsl romantikaya çevirəcək və sizi evinin şahzadəsi edəcək.


ŞiR (23 iyul-23 avqust)

Həyatınızı başdan-başa rəngləndirən romantik 1 aşiqdir. Amma sizin üçün nə edirsə-etsin bunu hər zaman qiymətləndirməlisiniz. Şirlərin hamısı sərt baxışları ilə qorxudan, özlərinə inanan, ətrafındakıların istər-istəməz çəkindiyi insanlar olsalar da olduqca utancaqdırlar. Dəstəklənməyə və tərifə həmişə hamıdan çox ehtiyacı olan bu bürclə birlikdə olmaq üçün hər kəsdən seçilən, hər kəsin bəyəndiyi 1 cəhətiniz olmalıdır. O həmişə hər ikinizin hamı tərəfindən diqqət mərkəzində olmanızı istəyir, nə siz ondan, nə də o sizdən 1 addım geri qalmamalısınız. Əgər həqiqətən də onun ürəyini əldə etmisinizsə, ondan xəyanət görməzsiniz. Onun öz həyatını əyləncəli və maraqlı etmək üçün xüsusi qabiliyyəti var, canlılıq ve dinamika onun qanında var.


QIZ (24 avqust-23 sentyabr)

Əvvəlcə xırda məsələlərlə diqqətini cəlb edin, 1 az əziyyet çəkib xasiyyetini öyrənin, öz təsiriniz altına salandan sonra kiçik təkanla sizinlə istədiyiniz kimi davranacaqdır. çox xırda məsələlərə böyük əhəmiyət verdiyi üçün idealın necə ola biləcəyini hamıdan yaxşı bilir. Əgər sizin səhvlərinizi sayırsa, ondan inciməyin, sizin mükəmməl olmağınız üçün bunu deyir. Həyata intellektual çərçivədən baxmağı duyğuları başa düşməyinə və əhəmiyyət verməyinə mane olmur. Amma ona bəzən nə hiss etdiyinizi uzun-uzadı izah etməyiniz lazım ola bilər.


TƏRƏZi (24 sentyabr-23 oktyabr)

Ona maraq göstərin və dəstəkləyin. Qısa bir müddət sonra görəcəksiniz ki, həyatının ən şəxsi tərəflərinə qədər sizinlə yaşamağı bəs etmir, özünü sizə həsr edən sadiq bir həyat yoldaşınız var. Problem odur ki, bu bağlılığı sadəcə sizə deyil, ətrafındakı hər kəsə: ailəsinə, dostlarına, tanıdıqlarına da göstərməyidir. Həmişə tarazlığı qorumaq istəyən, amma hər zaman çayın 2 sahilində də olmalı olan biridir. Seçdiyi variantı bəyənmirsənizsə, bunu ona demək əvəzinə gözləyin, onsuz da o biri variantı da prob edəcək. Standart olan hər şeyi ondan uzaq saxlayın. O orjinallığı sevir. Hədiyyə almaq istəyirsinizsə, elə 1 şey alın ki, onda olmasın, amma ona lazımlı nəsə olsun. Birlikdə yaşayırsınızsa, onun zövqünə etibar edin, düzdü 1 müddət evi qəribə (bəzən də lazımsız) əşyalarla dolduracaq, səbrli olun, çünki müəyyən vaxt sonra istifadə etmədiklərini göz qabağından yığışdıracaq.


ƏQRƏB (24 oktyabr -22 noyabr)

Hərəkətlərinizi ən incə detallarına qədər başa düşən və hər dəyişikliyə fikir verən əqrəbə qarşı marağınız və diqqətiniz həmişə maksimum olmalıdır. Ondan heç nə gizlədə bilməzsiniz, həmin an başa düşəcək. Dürüstlüyünüzün sizə həmişə xeyir gətirəcəyi bu münasibətdə ən kiçik etiraflar belə onu xoşbəxt edəcək. Ona nə isə izah etməyə həmişə ehtiyac yoxdur, o sizi baxışlarınızdan, bəzən toxunuşunuzdan anlayacaq. Nəzərə alın ki, ona həyat qədər vacib olan, sizin ona sədaqətinizdir. Münasibətlərinizdə ən kiçik səhvinizi belə unutmayacaqdır, bağışlaya bilər, amma unutmaz.


OXATAN (23 noyabr-22 dekabr)

Ona qarşı dürüst olmalı və sərbəstliyinə hörmət etməlisiniz. özüylə tək qalmağı sevən və çox çətin bağlanan Oxatanı qısqanmaq olmaz! Onun hər mövzuda bilik və təcrübəsinə əsaslanan söhbəti həmişə maraqlı olur. Dağınıq, qeyri-adi və həmişə məşğul bu adam yalana ifrat dərəcədə nifrət edir, heç özü də danışmır. Bu o deməkdir ki, sizin yanınızdadırsa, deməli həyatındakı sizsiniz, sizdən uzaqdırsa, rol oynamaq yerinə bunu sizə deyəcək. Ora-bura qaçıb içində olduğu bütün işləri çatdırmaq istədiyi vaxt sizin dəstəyinizə həddən çox ehtiyacı olur. Son derece dinamik, əyləncəli, qaynayan 1 münasibetiniz, səhərə qədər söhbət edə biləcəyiniz 1 sevgiliniz var.


OĞLAQ (23 dekabr - 20 yanvar)

Bir karyeristlə birlikdəsiniz! Amma onu səhv başa düşməyin! O sizə pulla satın alına biləcək ən gözəl hədiyyələri almaq üçün bu qədər işləyir və ehtiyacı olan isə sizin dəstək və diqqətinizdir. Hər an onun ağlındasınız, bunu sizə çox vaxt göstərməyəcək, ancaq hisslərinizə inanın. Karyerası onun həyat damarı kimidi və inansanız da, inanmasanız da ən böyük dəstəyi arxalandığı sevgilisidir. Hərdən sizə sərt irad tutsa da, son dərəcə saf niyyətlə, daha yaxşı olmağınız üçün deyilmiş sözlərdir. Əslində utancaq olduğunu yəqin çoxdan başa düşmüsünüz və hər məsələdə ona dayaq olmanız onun ən ehtiyacı olandır. Bir oğlaqla birlikdə olmaq insandan çox şey ala biler, bu düzdür, amma onu başa düşüb, kömək etməyə başlasanız, özü də zirvəyə çatacaq, sizi də arzularınıza çatdıracaq.


DOLÇA (21 yanvar - 19 fevral)

Gördüyünüz və görə biləcəyiniz ən sərbəst insandır. Bu barədə ən kiçik qısqanclıq, irad tutmaq ya da 'sifət gətirmək' onu itirmənizə səbəb olacaq. Ən yaxşısı onun azadlığına hörmət edin. O həyata fərqli pəncərədən baxır, insanlara fərqli yanaşır və sizdən də onu başa düşməyiniz gözləyir (Siz də o pəncərəni tapıb, ordan baxsanız, pis olmaz). O həyatını gözəlləşdirməyə çalışır, çünki ətrafındakıların çata biləcəyi mükəmməlliyi görür və ətrafındakılara kömək etmək barədə özündə məsuliyyət hiss edir. Sizinlə söhbətində dünyaya çox yuxarıdan baxmağı, hadisələri inanılmaz cəldliklə təhlil etməyi və yüksək səviyyədə fikirlərinin olması sizi təəccübləndirməsin. İnanılmaz dərəcədə optimistdir, hər hadisənin yaxşı tərəflərini görür, pessimistlərə tab gətirmir! Heç kimdən asılı olmadan yaşamağı, öz ayaqları üstündə durmağı sevir və sizdən də bunu gözləyir. Maraqlı, bərabərhüquqlu və intellektual səviyyəli münasibət istəyirsinizsə, Dolça ən uyğun adamdır.


BALIQ (20 fevral - 20 mart)

İnsanpərvər, mehriban və incə duyğulu insandır. Hər məsələdə ona etibar edə bilərsiniz. Kiçik, amma ürəkdən gələn hədiyyələr onu sevindirir, bütün maaşınızı onun gülümsəməsi üçün xərcləmək məcburiyyətində qalmayacaqsınız. Tamamilə özüne qapalı sayılmaz amma sizdən diqqət görməsə duyğularından, problemlərindən heç vaxt danışmayacaq. Tək qalmaq istəyi sizə qəribə gəlmesin və bunun altında başqa məsələ axtarmayın. Kobud sözlərə və yüksək səs tonuna nifrət edir, onun dünyasında hər şey zərif və incə olmalıdır, əksi olsa buna dözməz. Onu hiss edə bilirsinizsə, münasibətinizin uzun müddətli və olduqca gözəl olacağına şübhəniz olmasın.

Teq: Burcler

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Bürclər Baxış Sayı: 1121 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı