Günün qoroskopu: Keçmiş keçmişdə qaldı

Tarix: 20.05.2024, 15:16 Пожаловаться
Xeyli problem yığılıb qalıb, onların öhdəsindən gəlmək üçün xeyli çalışmaq lazım gələcək. Amma təəssüf ki, işgüzarlıq elə də güclü deyil.Bir çoxları iş görmək əvəzinə, vaxtlarını xəyallara və fantaziyalara sərf edirlər və günləri boşuna keçir. Əlbəttə, gələcək barədə fikirlər cəlbedicidir, amma cari işləri də unutmaq olmaz: məhz onlara qarşı diqqətsizlik səbəbindən də yeni problemlər yaranır.
Keçmiş barədə, xüsusilə düzəldə bilməyəcəyiniz səhvlər barədə fikirləşməyin. Bədbin fikirlər səhhətinizə və əhvalınıza mənfi təsir edəcək.



Qoç - Ehtiyatlı olmalısınız. Bu gün buraxdığınız səhvlər işdə ciddi problemlər yarada bilər. Bütöv bir kollektivin görməli işi boynunuza götürməyin. Etibarlı və zəhmətsevər köməkçilər tapa bilərsiniz, bunun üçün onları sadəcə olaraq axtarmaq lazımdır. Düzdür, onlarla qələbəni də bölüşməli olacaqsınız, amma narahat olmağa dəyməz, yenə də qazanan siz olacaqsınız.
Sevdiyiniz şəxslə sizin ikinizi də uzun müddətdir narahat edən məsələləri müzakirə edə bilərsiniz. Söhbətə başlamaqdan çəkinməyin, eşidəcəkləriniz sizi sevindirəcək.

Buğa - Müsbət tendensiyaların təsiri elə də güclü deyil, amma qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün kifayət edər. Seçdiyiniz yolla irəliləməyə davam edin, əgər çətinliklər yaranarsa, həmən geri çəkilməyin. Qarşınızda yeni imkanlar açan bir əməkdaşlığa başlaya bilərsiniz. Sizin zəhmətsevərliyinizi rəhbərlik qiymətləndirəcək.
Şəxsi həyatınızda nəyisə dəyişmək istəyirsiniz, amma yaxşı olar ki, tələsməyəsiniz. Ehtiyatlı və nəzakətli olun, artıq sözlər işlətməyin, emosiyalarınızı nəzarətdə saxlayın.

Əkizlər - Bəxtiniz gətirib. Hadisələr lap sizin istədiyiniz kimi inkişaf edir. bir çox layihələriniz uğurlu olacaq. Başqa bürclərin nümayəndələrindən fərqli olaraq mürəkkəb işlərin öhdəsindən daha tez və asanlıqla gəlirsiniz.
Peşəkar uğurlarınız sizi sevindirir. Şəxsi cəbhədə də hər şey əladır. Çoxdankı arzularınız həyata keçə bilər. Həyatınızı asan və maraqlı edən bir insanla görüşə bilərsiniz. Nikaha girmək, yaxud birgə həyata başlamaq üçün uğurlu gündür.

Xərçəng - Çox çətin olacaq. Bir çox sualla rastlaşırsınız. Pisi də odur ki, bu sualların cavablarının çox asan olduğuna inanmaq istəmirsiniz. Hər şeyin dərinliyinə varır, hər bir informasiyanı elə yozmağa çalışırsınız ki, heç olmasa öz gözünüzdə özünüzü yaxşı cəhətdən ucalda biləsiniz. Xəyallar, illüziyalar qurmaqda ustasınız, amma gerçəkliyi qəbul etmək istəmirsiniz.
Məsləhətlərə qulaq asın, xüsusən əgər onlar tamamilə xoşunuza gəlmirsə. Çünki bir qədər sonra məhz onların doğrudan da yaxşı və ağıllı olduğunu anlayacaqsınız. Romantik görüş gözləntinizi doğrultmayacaq.

Şir - Təşkilati məsələlərin həll edilməsi, gələcək planların qurulması üçün yaxşı gündür. Bütün amilləri, ən xırda detalları nəzərə ala, hadisələrin bütün mümkün inkişafı variantlarını düşünə bilirsiniz. Kömək və məsləhət üçün sizə müracitət edirlər, nüfuzunuz artır.
Peşəkar sahədə qələbə və nailiyyətləriniz mümkündür, amma şəxsi həyatınızda yaxşılığa doğru dəyişiklik gözləməyin. Öz hisslərinizi ayırd edə bilmirsiniz və bu sizi əsəbləşdirir. Tələsməyin. Başınıza gələnləri bir kağıza yazıb sonra da oxumağa çalışın. Bu cür baxış narahatlığınızın əsl səbəbini aydınlaşdırmağa kömək edər.

Qız - Hər şeyi çatdırmaq üçün tələsmək lazım gələcək. Vaxtınız azdır, işləriniz isə qalaqlanıb. Hər kəs də bilir ki, sizdən yaxşı onların öhdəsindən heç kim gələ bilməz. Odur ki, köməyə bel bağlamayın. Planlaşdırdığınız işləri də kimsənin köməyinə ümid edərək təxirə salmayın.
Şəxsi həyatınızda elə də güclü olmasa da, yaxşılığa doğru dəyişikliklər baş verir. Qızlar nəinki sevdikləri şəxslə mübahisədən qaçır, eyni zamanda romantik əlaqələrinə yeni nüanslar əlavə edir, onu daha parlaq və dolğun edirlər.

Tərəzi - Yorucu və çətin gündür. Emosional fon gərgindir, öz əhvalınızın öhdəsindən gələ bilmirsiniz. Hisslərinizin «ipini» buraxmısınız. Bu səbəbdən də münaqişələrin sayı durmadan artır. Ən pisi də odur ki, kimsə sizə güzəştə getmək istəmir, halınızı anlamır. Odur ki, qalmaqallara hazır olun.
Səhhətiniz də yaxşı deyil, xroniki xəstəlikləriniz güclənə bilər. Qidadan zəhərlənmək, allergiya ehtimalı böyükdür.

Əqrəb - Bu günü çətin və mürəkkəb məsələlərin həllinə sərf edin: məhz onları uğurla bitirə bilərsiniz. İşgüzar danışıqlar, kütləvi tədbirlərdə iştirak üçün münasib gündür. Amma sənədlərlə iş, hesabat hazırlanması, maliyyə planlaşdırması məsləhət deyil.
Şəxsi münasibətlər baxımından uğursuz gündür. Enerjiniz o qədərdir ki, bu, ətrafınızdakıları yorur. Yaxınlarınıza öz ritminizi diktə etməyə çalışmayın, bunu qəbul etməzlərsə də, kefinizi pozmayın.

Oxatan - Bir çox layihələriniz, hətta ən cəsarətli və ağlasığmazları uğurlu olacaq. Ətrafınızdakıların axmaqlıq və həddən siyadə özünəgüvən hesab etdikləri əslində uğura inamdır. Bunun da əsası var. Nə vaxtsa yaxşı köməklik etdiyiniz insanlarla rastlaşa bilərsiniz: o vaxtkı yaxşılığınızın mükafatını ikiqat alacaqsınız.
Əhvalınız, səhhətiniz yaxşı olacaq. İşlərin çoxluğu da sizi yormayacaq. Sevdiyiniz şəxslə ünsiyyətdən zövq alacaqsınız. İştirak etdiyiniz tədbirlərdə maraqlı tanışlıqlar qura bilərsiniz.

Oğlaq - Maliyyə cəhətdən çox uğurlu gündür. Nəinki gəlirlərinizi artırmaq, eyni zamanda çox sərfəli uzunmüddətli yatırımlar edə bilərsiniz. Risk etmək olar: peşəkar intuisiyanız sizi darda qoymayacaq. Özünüzə daha maraqlı və yaxşı maaşlı bir iş tapa bilərsiniz.
Şəxsi həyatınızda ciddi dəyişiklik yoxdur. Sevincləriniz də, kədərləriniz də elə balacadır ki, heç onlara əhəmiyyət də verməyəcəksiniz. Davranışlarınız valideynlərinizin xoşuna gəlməyə bilər, amma onlar kəskin tənqiddən çəkinəcəklər.

Dolça - Dedikcə xoşagəlməz gündür. Ciddi problemləriniz ortaya çıxacaq. Sevdiyiniz şəxslə aranızda fikir ayrılıqları yaranır. Bəzi Dolçalar hətta həyata bu qədər fərqli baxış açısı olan insanlarla münasibətlərin saxlanıb-saxlanmaması barədə düşünəcəklər. Uzun illərdən bəri bir-birini tanıyan ər-arvadlar da qarşılıqlı anlaşmanın heç də tam olmadığını başa düşəcəklər.
Səhhətinizlə bağlı problem gözlənilmir, amma yüksək əsəbi gərginlik əhvalınıza pis təsir edir. Səbəbsiz qorxuya düşə bilərsiniz.

Balıqlar - Planlarınız geniş, iştahanız böyük, nailiyyətləriniz - cılızdır. Rəqiblərinizin sizi qabaqladıqlarını, əlçatmaz zirvələri fəth etdiklərini görüncə əsəblərinizi cilovlamaq sizə çətin olacaq. Amma əlinizdən heç nə gəlmir. Kiməsə həsəd aparmağı ağlınıza belə gətirməiyin, bundansa diqqətinizi öz işlərinizin üzərində cəmləyin.
Əyləncə, yaxınların əhatəsində istirahət üçün yaxşı gündür. Sevdiyiniz şəxsə xoş sürpriz edə bilərsiniz. Şəxsi həyatınızda ciddi dəyişiklik gözlənilmir. Təşəbbüs göstərərkən ehtiyatlı olun: o kiməsə hətta həyasızlıq kimi
görünə bilər.

Teq: Burcler

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Bürclər Baxış Sayı: 1088 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı