Günün qoroskopu (31.03.2012)

Tarix: 20.05.2024, 13:41 Пожаловаться


Xoşagəlməz hadisələrin sayı gözlənilməyəcək qədər çoxdur.

Kimsədən kömək gözləmədən işləməyə, mürəkkəb məsələləri həll etməyə hazır olanlar da çətinliklərin öhdəsindən birtəhər gələ biləcəklər. Yaxın adamlar, sevgililər savaşırlar. Mübahisə yox yerdən yaranır. Hətta təsadüfi tanışların da arasında qəfildən müharibə alovlanır.

Belə günlərdə çoxları özlərinə qapanır, ətraf aləmlə təmasları məhdudlaşdırmağa çalışırlar. Bu, bir tərəfdən yaxşıdır, mənəvi cəhətdən güc toplamağa kömək edir. amma başqa bir tərəfdən isə yaranan çətin vəziyyətdən çıxış yolu deyil.

Qoç - Çox risk edirsiniz. İtki ehtimalları çox böyükdür. Diqqət, ağıl və səliqə tələb olunan sahələrdə Qoçlar bu gün həddən artıq diqqətsizlik və pintilik nümayiş etdirirlər. Ciddi maliyyə problemləri, dəyərli bir əşyanın itməsi mümkündür.

Nikbinliyinizi və özünüzə inamı çox tez itirir, mənfi emosiyaların təsiri altına düşürsünüz. Sizinlə dil tapmaq çox çətindir, tez-tez mübahisələr yaranır. Stəkanın içində tufan yaratmağa qadirsiniz. Bir düşünün, axı o tufan sizin özünüzü də süpürüb apara bilər!

Buğa - Sizin üçün gün çox mürəkkəbdir. Həvəslərinizi boğmalı, təmaslarınızı məhdudlaşdırmalı olursunuz. Emosiyalara tam nəzarət yorucudur, amma indiki halda çox vacibdir. Bu gün uzaq səfərlərə getmək, şəraiti dəyişmək, adət etdiyiniz vərdişlərdən imtina etmək məsləhət deyil. Adi ritminizlə davam edin.

Ətrafınızdakılarla münasibətlər birmənalı deyil. Sizi dəstəkləyirlər, amma sizin istədiyiniz kimi yox. Köhnə dostunuzla ciddi münaqişə mümkündür. Sevdiyiniz şəxs də ümidlərinizi doğrultmaya bilər.

Əkizlər - Hansısa dəyişikliklərə təşəbbüs göstərməsəniz, gününüz boz keçəcək. Diqqətli davranmaq lazımdır. Unutmayın ki, tanımadığınz insanlar haqda, bu gün onların layiq olduqlarından daha yaxşı fikirdəsiniz. Sayıqlığı itirməyin.

Maliyyə və əmlak məsələlərinin həlli həddən artıq çətinləşir. Maraqların toqquşması zəminində münaqişə yaranarsa, güzəştə ümid etməyin. Səfərlərdə həddən artıq ehtiyatlı olun, yol yoldaşlarınıza diqqət edin: aranızda fikir ayrılıqları yarana bilər, həmçinin qiymətli sənədləri də itirə bilərsiniz. Adi rejiminizdən çıxmasanız, səhhətinizdə problem olmayacaq.

Xərçəng - Pis gün deyil, amma sizin gözləntiləriniz doğrulmur. Dərhal planları dəyişməli, nədənsə imtina etməli olursunuz. Özünüzdən narazılığınız yavaş-yavaş artır və axşama doğru sizi depressiyaya salır. Bir çox Xərçənglər həyata olan maraqlarını itirirlər.

Xoşbəxtlikdən, dəstəyinə güvənə biləcəyiniz insanlar yaxınlıqdadır. Sizin üçün əziz olanlar gününüzün xoş olması üçün əllərindən gələni edəcəklər. Minnətdarlığınızı nümayiş etdirməkdən çəkinməyin. Bundan başqa, bu gün ehtiyacı olanlara kömək etməyə çalışın.

Şir - Tamahınızı yığışdırmalı, həvəslərinizi boğmalı olacaqsınız. Amma istəkləriniz bitib-tükənmək bilməyəcək. Emosiyalarınızın qulu olmayın: çox diqqətli və ehtiyatlı olmalısınız. Ciddi işlərə, iri layihələrə başlamaq məsləhət deyil. Xırda cari işlərin öhdəsindən isə asanlıqla gəlirsiniz.

Günün ikinci yarısı sağlamlığınızla bağlı probleminiz yarana bilər. Zəhərlənmək ehtimalınız böyükdür. Şübhəli klub və restoranlara getmək məsləhət deyil. Dostlarınızla, yaxud sevgilinizlə ünsiyyət üçün ən yaxşı məkan öz evinizdir. Qonaq qəbulu əla səviyyədə keçəcək.

Qız - Çalışın, bir dəqiqənizi də itirməyəsiniz. Siz hərəkət etməli, özü də çevik olmalısınız. Şübhələrinizi bir kənara atıb, intuisiyanıza güvənin, o sizi yarı yolda qoymaz. İmprovizə edə, qeyri-standart həllərdən istifadə edə bilərsiniz. Əvvəlcədən hazırladığınız plana, eləcə də bütün adət-ənələlərə riayət etmək elə də vacib deyil.

Bu gün sizinlə ruhən yaxın bir adamla ünsiyyət üçün yaxşıdır. Problemləriniz, sizi narahat edən məsələlər barədə açıq danışmaq lazımdır. Bütün fikir ayrılıqlarına rəğmən, yaxınlarınız sizə dəstək olacaqlar.

Tərəzi - Sizə çox yaxın olan bir adamla münasibətlərdə bəzi məqamları dəyişmək vaxtı gəldi. Həqiqəti qəbul etmək elə də xoş deyil, amma neyləməli, belə lazımdır. Hələliksə situasiyanı ayırd etmək lazımdır, qəti qərarları isə sonra da vermək olar. Sizə elə gələ bilər ki, dəyişikliklər mənfi xarakter daşıyır, amma az müddət sonra şərait yaxşıya doğru dəyişəcək.

Yaşlı qohumlarınızla mübahisələr mümkündür. Ailədəki problemlər ciddiləşməkdədir. Əgər vaxtında güzəştə getməsəniz, vəziyyət daha da gərginləşə bilər.

Əqrəb - Narahatlıq üçün ciddi əsas yoxdur. Müsbət tendensiyalar getdikcə güclənir. Amma heç bir halda tələsmək olmaz. İndi siz həddən artıq səbrli, dözümlü və diqqətli olmalısınız. Kommersiyada bəxtiniz gətirə bilər, bircə şərt var: dürüst müqavilə bağlayın.

Yaxınlarınızdan biri sizə təzyiq göstərməyə çalışır. Siz müqavimət göstərirsiniz və məsələ ciddiləşməyə başlayır. Ancaq açıq-aşkar müharibə heç kimə lazım deyil. Bu səbəbdən siz eyhamlarla, sakit narazılıqla kifayətlənməli olacaqsınız.

Oxatan - İşləriniz alınmır, özünüzü ələ almaq getdikcə çətinləşir. Narazılıqlar və əsəbilik artır və heç lazım olmayan bir məqamda lava kimi püskürür. Nəticədə aranızdakı münasibətləri pozmaq istəmədiyiniz insanlarla münaqişə yaradırsınız. Əsəbilikdən nə dediyinizin fərqinə varmırsınız, sonra isə peşman olacaqsınız.

Enerjiniz də getdikcə tükənir. Bu gün meteohəssaslığınız da artıb, soyuqlamaq ehtimalınız var. Xroniki xəstəlikləriniz güclənə bilər. Yorucu məşğuliyyətlərdən imtina edin. Gəzintidə çox olmayın.

Oğlaq - Həddən artıq çətin gündür. Nəyə əlinizi atırsınızsa, boşa çıxır. Üstəlik, köməyinə güvəndiyiniz insanların başı öz işlərinə qarışıb. Odur ki, öz çətinliklərinizin öhdəsindən özünüz, təkbaşına gəlməli olacaqsınız. Düzdür, yaxşı heç bir hərəkət gözləmədiyiniz bir insan qəfildən sizə yardım etməyə təşəbbüs göstərəcək. Siz elə haqlıydınız - onun köməyi əlavə problem yaratmaqdan başqa bir şey deyil.

Maliyyə vəziyyətiniz yaxşı deyil, xərclərinizi azaldın. Planlaşdırılmamış alış-verişdən çəkinin. Amma əgər yaxınlarınızdan kimisə sevindirməkdən söhbət gedirsə, o zaman xəsislik etməyin.

Dolça - İkibaşlı situasiyalardan qaçın, sizin əleyhinizə istifadə oluna biləcək heç bir söz deməyin və heç bir iş tutmayın. Nüfuzunuzu qorumağa çalışın, şayiələr üçün əsas yaratmayın. Təmasları minimuma endirin. Yeni tanışlarınıza sirlərinizi etibar etməyin.

Ən yaxın adamlarınızla ünsiyyət üçün yaxşı gündür: ailədə məclis düzəldə bilərsiniz. Bir çox Dolçaların köhnə dostluq, sevgi, yaxud qohumluq əlaqələrini bərpa etmək istəkləri yaranacaq. Bu cür başlanğıclar bu gün uğurlu olacaq.

Balıqlar - Bəxtiniz gətirmir. Nə qədər çox uğur qazanmaq istəyirsinizsə, cəhdinizin nəticəsi bir o qədər pis olur. Bədxahlarınız çox ziddiyyətli və hiyləgərdirlər, onların qarşısına çıxarmağa bir şeyiniz də yoxdur. Kimsə sizinlə dostlarınız arasında ikitirəlik salmaq istəyir.

Şəraitdən baş çıxarmaq, vacib və ikinci dərəcəli məsələləri bir-birindən ayırd etmək çətindir. Çox tez haya gedirsiniz, sizi idarə etmək bu gün çox asandır. Qərar qəbul edərək onu həyata keçirməyə tələsməyin. Əgər yenə də belə etməyə məcbursunuzsa, o zaman geriyə addım atmaq üçün ayaq yeri qoyun.

Teq: Burcler

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Bürclər Baxış Sayı: 1011 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı