Günün qoroskopu (02.05.2012)

Tarix: 20.05.2024, 15:20 Пожаловаться
Gün uğurlu başlanır. Rəyi vacib olan insanlarla dil tapmaq asanlaşır. Özünüzə həmfikir tapıb yeni layihələrə başlaya bilərsiniz, bu əməkdaşlığın nəticəsi özünü çox gözlətməyəcək.

Enerjili, qətiyyətli olmaq lazımdır. Unutmayın ki, nəticə məhz sizin qətiyyətinizdən asılıdır: ilk uğursuzluqdan sonra dərhal geri çəkilməyin.
Emosional fon sabitdir, əhval-ruhiyyə gün ərzində yaxşı olacaq. İnsanlar tez aşiq olur, romantik macəralar axtarırlar. Sevgi cavabsız qalmayacaq.

Qoç - Xoş gündür. Başqalarının öhdəsindən gələ bilmədikləri problemləri həll edəcəksiniz. Özünüzlə öyünə bilərsiniz. Bir çox Qoçlar bu gün vacib kəşflər edəcəklər. Bunlardan biri isə həyatlarını kökündən dəyişmək üçün onlara əsas verəcək.

Görüş təyin edib, sevginizi etiraf edə bilərsiniz. Çox məlahətlisiniz, sizə "yox” deməyə kimsənin dili gəlməyəcək. Bu gün yeni dostlar, iş ortaqları, tərəfdaş tapa bilərsiniz. Alış-verişə çıxa bilərsiniz, çox uğurlu alınacaq.

Buğa - Çox uğursuz gündür. Dostlarınız və həmkarlarınızla, valideynlərinizlə ünsiyyətdə çətinliklər yarana bilər. Yeni münaqişələrdən qaçmağa çalışırsınız, amma hər dəfə buna nail olmaq imkansızdır. Ciddi maliyyə itkiləri, peşəkar uğursuzluqlar gözlənilir.

Bu günün emosional fonu sizin üçün qeyri-sabitdir. Bu səbəbdən əhvalınız tez-tez dəyişir. Çox az Buğa əsəblərini cilovlaya, çətin situasiyada düzgün qərar verə bilir. Digərləri isə öz neqativ emosiyalarının əsirinə çevrilirlər.

Əkizlər - İşlər o qədər də rəvan getmir. Xeyli mürəkkəb, birmənalı olmayan situasiyalar yaranır və onlardan çıxış yolunu tapmaq o qədər də asan olmur. Yalnız öz gücünüzə güvənməli olursunuz, bu isə vəziyyəti bir qədər də qəlizləşdirir. Hətta bu gün aldığınız məsləhətlərin də əksəriyyəti yararsız, hətta dağıdıcıdır.

Maliyyə işlərində ehtiyatlı olun. Qədərindən artıq xərcləməyə meyllisiniz. Bəzi Əkizlər şəxsi xarakterli çox çətin seçim qarşısında qalacaqlar. Məntiqi düşünməyə çalışın, tək intuisiyanıza arxalanmayın.

Xərçəng - Neytral gündür. Bu gün baş verən hadisələrin çoxu barədə nə vaxtsa fikirləşmisiniz və demək olar ki, hamısına hazırsınız. Maneələri dəf etmək üçün diqqəti cəmləmək lazımdır. Bu gün minimalizmə meyllisiniz, bu da çox faydalıdır.

Ciddi şəxsi məsələləri müzakirə etmək məsləhət deyil. Bunların həllini arayarkən özünüzü daha çox dolaşdırır, situasiyanı çətinləşdirirsiniz. Öz çətinlikləriniz barədə kimsəyə danışmamağa çalışın: dəstək görməyəcək, əvəzində xeyli danlanacaqsınız.

Şir - Çox uğurlu bir gün olacaq. Çoxdan can atdığınızı bu gün əldə edə bilərsiniz. Həyatınızı daha da yaxşılaşdırmaq imkanınız var. Peşəkar sahədə uğurlar qazanmaq, sərfəli sövdələşmələr bağlamaq, məhsuldar danışıqlar aparmaq bu gün sizin üçün asandır. Siz bir ulduzsunuz və ətrafınızdakılar da bunu etiraf edirlər.

Yaxınlarınızla ünsiyyətdən xoşnud olacaqsınız. İstənilən ailəvi və dost məclisi, qeyri-formal ünsiyyət, romantik görüş üçün əla gündür. Yeni tanışlıqlar maraqlı olacaq.

Qız - Sakit gündür. Xüsusi bir imkan yaranacağını gözləməyin. Hər şey öz axarı ilə gedir. Siz anlayırsınız ki, gərilmək lazım deyil və özünüzü gücə salmırsınız. Ağıllı hərəkətdir, qədrinizi bilin.

Yaxşı dostlar və etibarlı tərəfdaşlar tapa bilərsiniz. İstənilən müştərək iş əla alınacaq. Evlə bağlı çox iri layihələrə başlamaq olar (təmir etmək, köçmək və s.). Alış-verişə iri məbləğdə pul xərcləyə bilərsiniz. Günün ikinci yarısı vacib xəbərlər ala bilərsiniz. Çox güman ki, xəbər mənbəyi çoxdan bəri görmədiyiniz insan olacaq.

Tərəzi - Uğurlu gündür. Planlarınızı və cəsarətli ideyalarınızı reallaşdırmağa çalışın: bu gün çox şeyə nail ola bilərsiniz. Müstəqil iş görməli olacaqsınız, amma bunu dərd etməyin. Üstəlik, hərəkət sərbəstliyi qazanırsınız, bu isə məhz sizə optimal görünən həll üsulunu seçməyə imkan yaradır.

Yaxınlarınızla fikir ayrılığı mümkündür, ancaq bu, ciddi münaqişə həddinədək böyüməcəyək. Bütün aktual problemləri müzakirə edərək vahid qərara gəlmək olar. Sevdiyiniz şəxsdən, yaxud həyat yoldaşınızdan hədiyyə ala bilərsiniz.

Əqrəb - İş görmək üçün əla gündür. Siz məhsuldar işləyirsiniz və bunun mükafatı da özünü çox gözlətmir. Yeni bir layihəni gerçəkləşdirməyə başlaya bilərsiniz. Heç köhnə işiniz də darıxdırıcı olmayacaq. Nüfuzlu şəxslərin dəstəyini qazana bilərsiniz. Bunların sırasında çoxdan əməkdaşlıq etmək istədikləriniz də var.

Yaxınlarınızla dil tapmaq sizə çətin deyil. Siz düşündüklərinizin hamısını dilə gətirmirsiniz və bu, düzgün qərardır. Vacib olanları ikinci dərəcəlilərdən ayırmaq bacarığını da buraya əlavə etsəniz, bir çox problemin qarşısını ala bilərsiniz. Bu, xüsusilə də alacağınız xəbərlərə, məlumatlara aiddir. Nüfuzunuzu qoruyun.

Oxatan - Uğur bu gün sizinlədir. Qarşınıza yeni məqsədlər qoyun, onları mütləq əldə edəcəksiniz, heç şübhəniz olmasın. Tərəfdaş və köməkçi tapmaq problem deyil. Onlar böyük həvəs və entuziazmla sizin göstərişlərinizi yerinə yetirəcəklər. Başqalarının məsuliyyətini boynunuza götürməli olacaqsınız, amma görünür, bu sizi elə də narahat etmir.

Yaxınlarınızla asan dil tapırsınız, dostlarınız və valideynlərinizlə fikir ayrılıqları gözlənilmir. Səfərlər mümkündür. Bunlar xoş keçəcək. Hədiyyə ala bilərsiniz. Bunlardan biri isə sizi təəccübləndirə bilər.

Oğlaq - Gününüzün əla olmasını istəyirsiniz? Buna iynənin ucu qədər cəhd edin. Bir qədər beyninizi yorun, məqsədinizə çatmaq üçün hamının tapdalayıb artıq çalalar açdığı yollarla getməyin, büdrəyə bilərsiniz. Tamamilə yeni bir üsulu yoxlamadan keçirin. İdeyalarınızın orijinallığı ətrafınızdakıların təqdirini qazanacaq.

Xeyli xoş sürprizlər, hədiyyələr mümkündür. Başqalarının xoşuna gəldiyinizi hiss edir və sevinirsiniz. Yeni tanışlıqlar qura bilərsiniz. Başgicəlləndirici romantik macəraya «düçar» olmağınız da mümkündür.

Dolça - Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq sizin üçün çətin deyil. İstədiyiniz hər şey yanınızdadır, kifayətdir ki, əlinizi uzadasınız. Çoxdankı bir arzunuz yerinə yetə bilər. Bu gün qurduğunuz tanışlıqlar həddən artıq faydalı ola bilər. Bir çox Dolçalar peşəkar mövqelərini möhkəmlədə biləcəklər.

Enerjiniz çoxdur. Gününüz çox dolğun keçsə də, axşam heç bir yorğunluq hiss etməyəcəksiniz. İdmanla, açıq havada fiziki işlə məşğul ola bilərsiniz. Gün səfərlər, xırda kruizlər üçün münasibdir.

Balıqlar - Adi günlərdən biridir, elə ən yaxşı cəhəti də sakitliyidir. Bu ərəfədə başladığınız işləri yekunlaşdıra bilərsiniz, kimsə sizi işinizdən ayıraraq diqqətinizi yayındırmayacaq. Alış-veriş edə bilərsiniz, amma daha yaxşı olar ki, pulları biznesə, yaxud da şəxsi təhsilinizə xərcləyəsiniz.

Ziyafətlərə dəvət alsanız, imtina etməyin. Bu gün adam arasına çıxmaq, tanışlıqlar qurmaq sizin üçün faydalıdır. Ancaq başınızı itirməyin: romantik macəra təkcə sevinc gətirməyəcək…

Teq: Burcler

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Bürclər Baxış Sayı: 947 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı