"Ferrari" şirkətinin indiyədək istehsal etdiyi ən güclü avtomobili

Tarix: 20.05.2024, 15:20 Пожаловаться
İtaliyanın "Ferrari" şirkəti indiyədək istehsal etdiyi ən güclü, ən sürətli avtomobilini təqdim edib.
"F12 Berlinetta" adlı yeni model "599 GTB Fiorano"nun xələfidir.

Yeni avtomobilin 12 silindrli, 6,3 litr həcmli atmosfer mühərriki var. 740 at gücündə olan mühərrik "Ferrari FF" modelindəki mühərrikin gücləndirilmiş versiyasıdır.

"F12 Berlinetta"nın maksimal fırlanma anı 690 Nm-dir.

7-pilləli sürətlər qutusuna malik avtomobil 100 km/saat sürəti 3,1 saniyəyə əldə edir, 200 km/saat sürətə isə cəmi 8,5 saniyədə çatır.

"Ferrari" mənsublarının dediklərinə görə, yeni modelin maksimal sürəti 340 km/saatdır.
Maşın Fiaoranodakı trekin bir dövrəsini 1 dəqiqə 23 saniyəyə qət edir.


 






Teq: ferrari

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Avto Dünya Baxış Sayı: 1195 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı