2,2 mln avroluq Bugatti.

Tarix: 20.05.2024, 15:20 Пожаловаться


Avstriyanın paytaxtı Vyanada ölkənin ən böyük avtomobil sərgisi "Hinglings 2012" öz işinə başlayıb. Bu il 6-cı dəfədir keçirilən sərgidə BMW, Volvo, Mercedes, Toyota kimi avtomobil nəhəngləri də daxil olmaqla, 40 beynəlxalq marka və 400 yeni avtomobil modeli təmsil olunur. Yeni modellər 20 min kvadrat metrlik sərgi salonunda bir-birindən rəngarəng şoularla təqdim edilir.

Sərgidə avtomobillərlə yanaşı, səs texnologiyaları, yol naviqasiyaları və bir çox aksessuarlar da satışa çıxarılıb.

3 gün davam edəcək sərginin ilk günündə bura 1 milyondan çox adamın baş çəkəcəyi gözlənilir. Hər il sərgidə aparılan anket sorğusu göstərir ki, bura gələn hər 3 nəfərdən biri özünə yeni avtomobil almaq niyyəti ilə gəlir.

Bu il alıcıların diqqət mərkəzində "Bugatti Veyron Grand Sport" avtomobili olub. Saatda 407 kilometr sürətlə hərəkət etmək qabiliyyətinə malik olan bu avtomobilin qiyməti nə az-nə çox, düz 2,2 milyon avrodur.

Teq: Bugatti

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Avto Dünya Baxış Sayı: 837 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı