Musiqi haqqında aforizmlər

Tarix: 19.05.2024, 16:39 Пожаловаться


Muğam bir xəzinədir, açarıdır duyğular,
Muğamda sevinc də var, muğamda kədər də var.
Muğam mənim xalqımın misilsiz kamalıdır,
Tarixidir, eşqidir, arzusu, amalıdır.
Tar səsinə qulaq as,
Bu səs elin nəfəsi,
Bu səs gözlərdən axan yaşların damcı səsi.
Bu səs sükuta dalmış göyü də dinləndirir,
Ulduzlar da bu səsin önündə baş endirir. ( Bəxtiyar Vahabzadə ) 


Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayan insanlar çox azdır. ( Lüdviq van Bethoven: Alman bəstəkarı )

Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. (Konfutsi)

O insan ki, içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır. (Uilyam Şekspir )

İfadənin etibarlı bir mənbəyə söykənməsi danışanın düşüncəsinə qanad verdiyi kimi, musiqi də duyğulara qanad verir. (İohann Volfanq Höte: Alman mütəfəkkiri )

Musiqinin əsl gücü insanı bəstəkarın xəyal dünyasına aparmasıdır. (Lüdviq van Bethoven)

Duyğularımı şerlərlə anlada bilmərəm, çünki şair deyiləm;
özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm;
düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm.
Lakin bunların hamısını musiqi ilə edə bilərəm. (Amadey Volfanq Mosart: Avstriya bəstəkarı)

Fikirləriniz...

Mövzuya Oxşar Xəbərlər:
 
Şərh Sayı0 Bölmə: Aforizmlər Baxış Sayı: 1426 Geri Qayıt
Siz sayta qeydiyyatsız daxil olmusunuz.
Xaiş olunur Qeydiyyatdan keçəsiniz və ya öz hesabınızla sayta daxil olun!
Paylaş:

Şərh Əlavə Et
Qeydiyyat Giriş

Sorğu

Все опросы Saytda hansı bölmələrə üstünlük verirsiniz?


Səs Sayı: 839

 
Sayğac
 
istifadəçilər tərəfindən yazılan xəbərlərə və sərhlərə görə Administrasiya heç bir məsuliyyət dasımır.
Yuxarı